Məhsul haqqında məlumat
300 qaz plitəsini seçərək süfrənizə mükəmməl hazırlanmış yeməklər təqdim edəcəksiniz. Qaz üzərində bişmə rahat istifadə və asan idarəetmə deməkdir. Aşağı odda souslar hazırlayın və ya steyklər qızardın. Qazın gücündən tam olaraq istifadə edin.
Güclü Wok odluğu dadı tam olaraq çıxarır
Güclü Wok odluğu ilə yeməklərinizin dadını mükəmməlləşdirin. Odluq frityürda krevetlərin qızardılması, ləzzətli karri pastasının hazırlanması üçün ideal olan yüksək səviyyəli qızmanı təmin edir. Onun köməkliyi ilə mükəmməl dadın və iştahaçıcı qoxunun ləzzətli birləşməsini yaradacaqsınız.
Cast Iron Grid ilə peşəkar görünüş
Çuqun barmaqlıqlarımızla bişirmə paneliniz peşəkar görünüşə malik olacaq. Sabit altlıqlar hazırlama zamanı qablarınız üçün etibarlı dayaq funksiyasını yerinə yetirir. Materialın davamlılığına görə barmaqlıqlar sizə illər boyu xidmət edəcəklər.
Quraşdırılan alışqanla bir toxunuşa güclü alov
Quraşdırılan alışqan hazırlama prosesinə tez və asan başlaya bilməyiniz üçün imkan yaradır. Bişmə panelini işə salmaq üçün açarı çevirməyiniz kifayətdir – odluqlar avtomatik yanacaqlar. Bu sürətli və təhlükəsiz həll diqqətinizin ləzzətli yeməklərin hazırlanmasında cəmlənməsi üçün imkan yaradır.
Gas Safety: ilk növbədə qazdan təhlükəsiz istifadə
Gas Safety funksiyası mətbəxinizin təhlükəsizliyini təmin edəcək. Qaz ocağında alov təsadüfən sönsə bu texnologiya qazın verilməsini avtomatik söndürəcək.