Kataloq

Telefon üçün tutacaq modelləri ilə telefonunuzu avtomobilinizdə rahat şəkildə istifadə edin!
Telefon üçün tutacaq çeşidləri kifayət qədər çoxdur. Onlar istifadə etdiyiniz telefonun marka və modelinə uyğun olaraq seçilməlidir. Bəzi modellər də var ki, onlar universal olur və fərqli smartfonlara uyğun gəlir. Seçim edərkən bunları nəzərə alın. Avtomobil idarə edərkən telefondan istifadə etmək diqqət yayınmasına səbəb ola bilər və bu həyat üçün olduqca təhlükəlidir. Bu səbəbdən telefon üçün tutacaq istifadə etmək vacibdir. Bu aksesuar vasitəsilə telefonunuzdan danışıqları həyata keçirə bilərsiniz. Əgər axtardığınız keyfiyyətdə aksesuar tapa bilmirsinizsə, Kontakt.az saytına daxil olaraq buradaki telefon üçün tutacaq modelləri arasında zövqünüzə uyğun olanı seçə bilərsiniz. Burada həm tutacaq, həm də naqilsiz enerji dəstəyi funksiyasına malik tutacaq modellərimiz də mövcuddur.

Telefon üçün tutacaq mobil telefon istifadəçiləri üçün ən lazımlı aksesuarlardan biridir. Xüsusilə avtomobil idarə edirsinizsə, bu aksesuarlar sizin köməyinizə çatacaqdır. Avtomobil idarəsi zamanı mobil telefonlardan istifadə etməyə tez-tez ehtiyacınız yaranırsa, mütləq telefon üçün tutacaq əldə etməlisiniz. Bu kiçik və funksional aksesuarlardan istifadə etmək çox əlverişlidir. Vakum ilə istənilən şüşə və sərt təbəqəyə bərkidilə bilən bu aksesuarlar, istənilən titrəmə və yolsuzluq şəraitində dayanıqlıdır. Hər zaman müştəriləri üçün ən münasib qiymətləri və ən keyfiyyətli məhsulları təklif edən Kontakt Home mağazalarında telefon üçün tutacaq modelləri geniş seçim çeşidində və müxtəlif qiymət aralığında mövcuddur.

Hamısını göstər Daha az göstər
Şəxsi hesab
Şəxsi hesabın üstünlüklərindən yararlanmaq üçün daxil olmaq və ya qeydiyyatdan keçməyi tövsiyə edirik.