Geri qaytarma siyasəti
Kontakt olaraq məqsədimiz sizin alış-verişlərinizə yalnız sevinc və məmnuniyyət gətirməkdir. Sizin hər bir addımınızda inam hissi duymağınız üçün aydın və şəffaf bir geri qaytarma siyasəti hazırlamışıq.
Bu səhifədə məhsulun geri qaytarılması və dəyişdirilməsi qaydaları, habelə tez-tez verilən sualların cavabları ilə tanış ola bilərsiniz. Komandamız hər hansı bir vəziyyətdə sizə kömək etməyə hazırdır — istər zəmanət əsasında geri qaytarma, istər şəxsi istəyə görə dəyişiklik olsun.
Biz hər bir müştərimizi dəyərləndiririk və geri qaytarma prosesinin sürətli, rahat və sizin üçün maksimum sadə olmasına çalışırıq. Əgər suallarınız yaranarsa, sizə hər zaman qaynar xətt, onlayn çat və ya istənilən satış nöqtəmiz vasitəsilə dəstək göstərməyə hazırıq.
Bizə etibar etdiyiniz üçün təşəkkür edirik.
Geri Qaytarma Siyasəti
Mağazamız “İstehlakçı hüquqlarının qorunması haqqında” Qanuna uyğun fəaliyyət göstərir. Aşağıdakı hallarda məhsulu geri qaytara və ya dəyişdirə bilərsiniz:
Brak məhsulun geri qaytarılması və dəyişdirilməsi (zavod qüsuru)
Brak məhsulu zəmanət müddətində geri qaytara və ya dəyişdirə bilərsiniz. Bunun üçün:
- *6060 qaynar xəttinə zəng edərək geri qaytarma haqqında məlumat verin.
- Operatorun göstərişlərinə uyğun olaraq istənilən "Kontakt" satış nöqtəsinə yaxınlaşın və məsləhətçiyə geri qaytarma barədə məlumat verin.
- Ekspert məhsulu yerində yoxlayacaq. Əgər qüsur təsdiqlənərsə, məhsul dəyişdiriləcək və ya pulunuz geri qaytarılacaq.
- Əgər qüsuru dərhal təsdiqləmək mümkün olmazsa, məhsul servis araşdırmasına göndəriləcək.
- Qüsur təsdiqləndikdən sonra, tam dəyəri, o cümlədən çatdırılma xərcləri ilə geri qaytarılacaq.
- Pulun geri qaytarılması alıcının geri qaytardığı məhsulların alışında istifadə etdiyi eyni ödəniş üsulu ilə həyata keçirilir, alıcı fərqli bir qaytarma üsulu barədə açıq şəkildə razılaşmadığı hallar istisna olmaqla. Fərqli ödəyici və alıcı halları: Məhsulu bir şəxs alıb, digər şəxs ödəyibsə (məsələn, hədiyyə), ödəniş məhz sifarişi ödəyən şəxsə qaytarılır, alana yox.
Qeyd: “Qızıl zəmanətiniz” varsa, geri qaytarma həmin şərtlərə uyğun həyata keçirilir.
Şəxsi istək əsasında məhsulun geri qaytarılması
Məhsulu alındığı gündən etibarən 14 gün ərzində geri qaytara bilərsiniz, əgər:
- İstifadə olunmayıb və istifadə izləri yoxdur.
- Ticarət görünüşü və istehlak keyfiyyətləri saxlanılıb.
- Zavod qablaşdırması zədələnməyib.
- Tam komplektasiya saxlanılıb.
- Proqramlar quraşdırılmayıb və aktivləşdirilməyib (elektronika üçün).
- Çeki və ya ödənişi təsdiq edən digər sənəd mövcuddur.
Qeyd 1: Qablaşdırması pozulmuş gigiyenik məhsullar geri qaytarılmır.
Qeyd 2: Geri qaytarma şərtlərinə uyğun olmayan və qüsurları olmayan məhsullar auksion mağazasında qiymətləndirilə bilər.
Geri qaytarma proseduru:
- *6060 ilə əlaqə saxlayın və geri qaytarma haqqında məlumat verin.
- Operatorun göstərişlərinə uyğun olaraq istənilən “Kontakt” satış nöqtəsinə yaxınlaşın və məsləhətçiyə geri qaytarma barədə məlumat verin.
- Məhsul texniki ekspert tərəfindən qiymətləndiriləcək. Əgər ekspertiza yerində mümkün deyilsə, məhsul servis araşdırmasına göndəriləcək.
- Məhsul geri qaytarma şərtlərinə uyğundursa, tam dəyəri, o cümlədən çatdırılma xərcləri ilə geri qaytarılacaq.
- Pulun geri qaytarılması məhsulu aldığınız ödəniş üsulu ilə həyata keçiriləcək.
- Əgər alıcı və ödəyici fərqli şəxslərdirsə, pul ödəyiciyə qaytarılacaq.
- Geri qaytarma şərtlərinə uyğun olmayan məhsul alıcı tərəfindən götürülə bilər.
Xidmətlərin geri qaytarılması
- Qüsurlu məhsul geri qaytarıldıqda xidmət də geri qaytarıla bilər.
- Məhsul dəyişdirildikdə xidmət yeni cihaz üçün də keçərlidir.
- Məhsul fərqli kateqoriyadan olan məhsulla dəyişdirildikdə xidmət geri qaytarılmır.
- Əgər geri qaytarılmış məhsulda qüsurlar aşkar olunmazsa, göstərilən xidmətlərin dəyəri geri qaytarılmır.
- Pul zəmanəti (sığorta) xaricində, göstərilmiş xidmətlər geri qaytarılmır.
- Xidmət göstərilmişdirsə, geri qaytarılma yalnız xidmət üçün keçərlidir, məhsul üçün deyil.
Əlavə şərtlər:
- Məhsul nağdsız ödənişlə alınarsa, satış nöqtəsi alıcının bankına sorğu göndərir. Pulun geri qaytarılması bank tərəfindən 14 təqvim günü ərzində həyata keçirilir.
- Geri qaytarma və dəyişdirmə ilə bağlı suallarınız varsa, Life chat, sosial şəbəkələr, qaynar xətt *6060, WhatsApp nömrəsi +994(50) 828-60-60 və ya yaxınlıqdakı “Kontakt” satış nöqtəsi ilə əlaqə saxlayın.
İstifadə olunan terminlər və anlayışlar
Bu Qaydalar çərçivəsində aşağıdakı terminlər istifadə olunur:
- MMC “ABC-Telecom” və ya Şirkət/Satıcı – Məhdud Məsuliyyətli Cəmiyyəti “ABC-Telecom” (VÖEN: 1401005061), hüquqi ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 138; faktiki ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 3G, Red Plaza.
- Veb-sayt – "Kontakt Home" satış nöqtələri şəbəkəsinə aid olan və MMC “ABC-Telecom” tərəfindən idarə olunan kontakt.az saytı.
- Alıcı – Satıcının yerləşdirdiyi elanları görmüş, satıcı ilə əlaqəyə keçmiş və ya satıcı ilə müqavilə bağlayaraq məhsul əldə etmiş istifadəçi.
Biz hər bir alış-verişdə özünüzü güvəndə hiss etməyiniz üçün “İstehlakçı hüquqlarının qorunması haqqında” Qanuna riayət edirik. Bu qanunun 7-ci maddəsinə əsasən, zavod qüsuru olan məhsulu zəmanət müddəti ərzində geri qaytara və ya dəyişdirə bilərsiniz. Bundan əlavə, 15-ci maddəyə əsasən, keyfiyyətli məhsulu aldığınız gündən 14 gün müddətində geri qaytara və ya dəyişdirə bilərsiniz.
Məqsədimiz geri qaytarma prosesini sizin üçün maksimum dərəcədə sadə və rahat etməkdir. Əgər hər hansı bir problem yaranarsa, biz həmişə kömək etməyə və ən yaxşı həlli tapmağa hazırıq!