Çatdırılma və ödəmə
Qeyd olunan ünvana çatdırılma saat 10:00 - 18:00 arasında yerinə yetirilir.
Çatdırılma, razılaşdırılmış vaxtda göstərilən ünvanda olmağınızı məcbur edir. Kuryer yola düşməzdən təxminən bir və ya iki saat əvvəl sizinlə əlaqə saxlayacaq.
Online qaydada məhsul əldə etmək istəyən müştərinin müraciəti rəsmiləşdirildikdən və sifariş təsdiqləndikdən sonra, məhsulun çatdırılma vaxtının dəqiqləşdirilməsi üçün müştəri ilə əlaqə saxlanılacaq. Əgər müştəri, çatdırılma üçün təklif edilən gündə məhsulu təhvil ala bilməyəcəksə müştərinin əldə etmək istədiyi məhsul sifarişin təsdiqləndiyi gündən 7 (yeddi) gün ərzində onun adına saxlanılacaqdır. Bu müddət bitdikdən sonra müştərinin sifarişi ləğv ediləcəkdir.*
*Qeyd olunan qayda məhsul üçün ödəniş edilməyən sifarişlərə və bütün çatdırılma növərinə şamil edilir.
Sifarişin təhvil verilməsi.
Qeyd edilən ünvana çatdırılma dəhlizlərdə və keçidlərdə heç bir maneə olmamaq şərti ilə qeyd etdiyiniz yerlərə yerinə yetirilir. Keçidlərin, qapıların, dəhlizlərin, pilləkənlərin eni, hündürlüyü və uzunluğu qablaşdırmada olan məhsuldan ən azı 5 santimetr böyük olmalıdır.
Əgər qeyd etdiyiniz yerdəki şərtlər məhsulların çatdırılmasına mane edirsə və ya onları zədələyə bilərsə, məhsullar qeyd edilən ünvana ən yaxın olan yerə çatdırılacaq. Kuryer ərazini maneələrdən təmizləmir, otaqdakı obyektlərin yerini dəyişdirməklə məşğul olmur.
Kuryerin vəzifələrinə məhsulların istismarı, xüsusiyyətləri, quraşdırılması və tənzimlənməsi üzrə məsləhətlər daxil deyil.
Sifarişi qəbul edərkən sifarişi çatdıran şəxsin iştirakı ilə siz yoxlaya bilərsiniz:
- sifarişin xarici görünüşünü və qablaşdırılmasını
- sifarişdə olan məhsulların sayını
- komplektlik və müşayiət olunan sənədlərin mövcudluğunu
- çatdırılmanı həyata keçirən şəxsin iştirakı ilə məhsulların texniki xüsusiyyətlərini yoxlamaq hüququnuz var.
Çatdırılma zamanı sifariş sizə və ya sifarişi alan kimi qeyd olunan şəxsə təhvil verilir. Nağd şəkildə verilən sifarişi təhvil almaq mümkün olmadıqda, sifariş onun haqqında məlumat verməyə (göndərmə nömrəsi və/və ya alıcının tam adı), habelə sifarişin dəyərini tam şəkildə ödəməyə hazır olan şəxsə təhvil verilir.
Sifariş məhsulların təhvil verilməsi və çatdırılmanı təsdiq edən müşayiətedici sənədlərin imzalanması ilə sizə çatdırılmış hesab olunur. Müşayiət olunan sənədlər sizə elektron formada da təqdim edilə bilər.
Azərbaycan Respublikasının hüdudlarından kənara çatdırılma (malların ixracı) həyata keçirilmir.
Planlaşdırılmış çatdırılmanın qiyməti və müddəti.
Çatdırılma müddəti:
Planlaşdırılmış çatdırılmanın minimal müddəti. Sifariş kiçik ölçülüdürsə və iş günü saat 14:30-a qədər verilibsə, məhsullar Bakı şəhəri daxilində sifariş günü çatdırıla bilər.
Aşağıdakı bölgələr istisna olmaqla, planlaşdırılmış çatdırılmanın müddəti 3 iş günüdür.
Planlaşdırılmış çatdırılmanın qiyməti:
Bir sifarişin məbləği 50 AZN-ə qədər olanda 3 AZN təşkil edir. Aşağıda göstərilən rayonlar istisna olmaqla, 50 AZN-dən yuxarı olan sifarişlər üçün planlaşdırılmış çatdırılma ödənişsizdir.
Planlaşdırılmış çatdırılmadan istisnalar:
а) Sabirabad, Saatlı, İmişli yaşayış məntəqələri üçün:
Çatdırılma qiyməti:
- Rəqəmsal və kiçik məişət texnikasının Azərpoçt vasitəsilə çatdırılması pulsuzdur.
- Böyük məişət texnikasının (BMT) və mebelin kuryerlə çatdırılması 39.99 AZN təşkil edir.
- Kombinləşdirilmiş (kiçik məişət texnikası və böyük məişət texnikası) məhsulların çatdırılma qiyməti 39.99 AZN təşkil edir.
Çatdırılma müddəti:
- Məhsullar Bakı şəhərindəki anbarlarda və ya Bakı, Sumqayıt, Xırdalan şəhərlərindəki mağazalarda olduqda çatdırılma müddəti 5 iş günü təşkil edir.
- Əgər məhsul başqa anbar və mağazalardadırsa, çatdırılma müddəti 14 gün təşkil edir.
b) Şamaxı, Qobustan, Hacıqabul, Şirvan yaşayış məntəqələri üçün:
Çatdırılma qiyməti:
- Rəqəmsal və kiçik məişət texnikasının Azərpoçt vasitəsilə çatdırılması pulsuzdur.
- Böyük məişət texnikasının və mebelin kuryer vasitəsilə çatdırılması 19.99 AZN təşkil edir.
- Kombinləşdirilmiş (kiçik məişət texnikası və böyük məişət texnikası) məhsulların çatdırılma qiyməti 19.99 AZN təşkil edir.
Çatdırılma müddəti:
- Məhsullar Bakı şəhərindəki anbarlarda və ya Bakı, Sumqayıt, Xırdalan şəhərlərindəki mağazalarda olduqda çatdırılma müddəti 5 iş günü təşkil edir.
- Əgər məhsul başqa anbar və mağazalardadırsa, çatdırılma müddəti 14 gün təşkil edir.
- Minimal çatdırılma məbləği yoxdur.
Ekspress çatdırılma.
а) Rəqəmsal və kiçik məişət texnikası
- Areal: Bakı, Sumqayıt, Xırdalan, Quba*, Gəncə, Masallı, Mingəçevir*, Bərdə, Qəbələ.
- Ekspress çatdırılma qiyməti rəqəmsal və kiçik məişət texnikası (KMT) üçün 19.99 AZN təşkil edir.
- Çatdırılma müddəti:
Bakı Sumqayıt, Xırdalan:
17:00-dək verilən sifarişlər həmin gün çatdırılır.
17:00-dan sonra verilən sifarişlər növbəti gün çatdırılır.
Növbəti günə qalan sifarişlər 09:00 - 12:00 arası çatdırılır.
Quba*, Gəncə, Masallı, Mingəçevir*, Bərdə, Qəbələ:
Məhsullar növbəti gün çatdırılır. Qeyd olunan müddət ərzində məhsullar çatdırılmazsa, məbləğ geri qaytarılacaq.
b) Böyük məişət texnikası
- Areal: Bakı, Sumqayıt, Xırdalan, Quba*, Gəncə, Masallı, Mingəçevir*, Bərdə, Qəbələ.
- Ekspress çatdırılma qiyməti böyük məişət texnikası (BMT) üçün 19.99 AZN təşkil edir.
- Çatdırılma müddəti:
Sifariş qəbul edildikdən sonra məhsullar, sifarişlə hazırlanmalı olan mallar istisna olmaqla, 24 saat ərzində ünvana çatdırılır. Qeyd olunan müddət ərzində məhsullar çatdırılmazsa, məbləğ geri qaytarılacaq.
c) Mebel
- Areal: Bakı, Sumqayıt, Gəncə.
- Ekspress çatdırılma qiyməti:
Quraşdırılması tələb olunmayan məhsulların (divan, kreslo, qəhvə masası, mətbəx stolu, stul, xalça, tekstil, döşək və s.) sifarişi zamanı yalnız ekspress çatdırılma qiyməti ödənilir - 40 AZN.
Quraşdırılması tələb olunan məhsulların (yataq otağı dəsti, qonaq otağı dəsti və ya onların ayrı-ayrı hissələri, televizor altlığı, dəhliz üçün şkaf, ayaqqabı rəfləri, kitab rəfləri və digər mallar) sifarişi zamanı çatdırılma və quraşdırılma qiyməti 109.99 AZN təşkil edir. - Çatdırılma müddəti:
Sifariş logistika şöbəsi tərəfindən qəbul edildikdən sonra, sifariş üzrə hazırlanmalı olan məhsullar istisna olmaqla, məhsullar 24 saat ərzində ünvana çatdırılır və quraşdırılır. Sifarişlə hazırlanan məhsullar istehsalı başa çatan kimi təhvil verilir.
Qeyd olunan müddət ərzində məhsullar çatdırılmazsa, məbləğ geri qaytarılacaq.
Planlaşdırılmış və ekspres çatdırılma üzrə istisnalar:
- Məhlulların, müşayiətedici sənədlərin təhvil verilməsi və ödənişin alınması üçün dəqiq ünvanı və ya şəraitləri olmayan yerlərə çatdırılma yerinə yetirilmir.
- Naxçıvan Muxtar Respublikasının ərazisinə planlaşdırılmış çatdırılma yerinə yetirilmir.
Mümkün olan ödəniş üsulları.
- Bank kartları ilə onlayn ödəniş
- Kontakt-dan hissə-hissə ödəniş
- KapitalBank (BirKart) taksit kartı ilə onlayn ödəniş
- Sifarişi təhvil alanda KapitalBank (BirKart) taksit kartı ilə ödəniş
- Sifarişi təhvil alanda Unibank (Albalı və ya Ucard) taksit kartı ilə ödəniş
- Sifarişi təhvil alanda ABB (Tamkart) taksit kartı ilə ödəniş
- Sifarişi təhvil alanda Bank of Baku (BolKart) taksit kartı ilə ödəniş
- Sifarişi təhvil alanda Yapı Kredi Bank (Worldcard) taksit kartı ilə ödəniş
- Sifarişi təhvil alanda bank kartı ilə ödəniş
- Sifarişi təhvil alanda nağd ödəniş
- Apple Pay, Google Pay