Məhsul haqqında məlumat
600 SurroundCook® 600 seriyalı soba istənilən yeməklərin bərabər hazırlanmasını təmin edəcək - xırçıldayan qabıqlı qızardılmış toyuqdan zərif bezeyədək. İstinin və havanın dövriyyəsini təmin edən fənin köməkliyilə sobanın daxilində temperatur stabil qalır. Bişmə zamanı əlavə olaraq yeməkləri fərqli istiqamətdə çevirmək və ya tavaların yerini dəyişdirmək lazım olmayacaq.
Eyni zamanda bir neçə yeməklərin bərabər hazırlanması
Eyni zamanda bir neçə təbəqədə yeməklərin bərabər hazırlanmasını qiymətləndirin. Əlavə dairəvi qızma elementi eyni zamanda üç təbəqənin bərabər qızmasını təmin edir. Bu qısa müddət ərzində peçenye və ləzzətli kekslərin hazırlanması üçün ideal həll yoludur.
AquaClean təmizləməni asanlaşdırır
Hazırlama prosesindən sonra təmizlik əziyyətli olmayacaq - bizim sobamız təmizlik üçün buxarın gücünü istifadə edir. AquaClean sistemi sobanın daxilində olan suyu buxarlandıdır. Nəticədə, yağ qalıqları və sıçramalar yumşaldılır. Bu da, təmizləməni təbii şəkildə asanlaşdırır.
Taymer ilə təchiz edilmiş sensorlu displey tənzimləmələrin dəqiqliyini təmin edəcək
Taymer ilə təchiz edilmiş sensorlu displey bişmə prosesinə nəzarət edə bilməyiniz üçün imkan yaradır. Eyni zamanda onun köməkliyi ilə dəqiq vaxtı daxil etmək mümkündür. Bişmə prosesinə nəzarət etmək daha asan oldu. Artıq diqqətinizi kulinariya istedadınızın üzə çıxarılmasına yönləndirəcəksiniz.
Bərabər hazırlama: sürətli və effektiv
Sobanın daxilində isti havanın dövriyyəsi bərabər hazırlamanı təmin edir. Üstəlik yeməyi mütəmadi olaraq çevirmək lazım olmayacaq. Sözügedən texnologiya sobanın isinməsini sürətləndirərək vaxtınıza və elektrik enerjisinə qənaət edir.
Böyük minalı tavada bir dəfəyə daha çox yemək hazırlayın
Ölçüləri böyüdülmüş tava: bir dəfəyə daha çox ləzzətli yemək hazırlayacaqsınız. Dadı damaqlarda qalan kekslər, hər kəsi heyran edən ətli ruletlər vaxtıdır. Çünki daha çox yer, daha çox mükəmməl reseptrər deməkdir.