Qaş fiksatoru
Qaş fiksatoru ilə səliqəli qaşlara sahib olun!
Qaş fiksatoru və ya qaş düzəldici kimi də tanınan bu məhsullar qaşlara forma verən, onları istədiyiniz vəziyyətdə sabitləyən və makiyajın uzunmüddətli sabitliyini təmin edən xüsusi məhsuldur. Qaş fiksatoru tükləri bir-birinə yapışdırmayan və dəridə görünən izlər qoymayan yüngül teksturaya və görünməz formulaya malikdir. Qaş fiksatoru gün ərzində qaşların təbii gözəlliyini və ifadəliliyini vurğulayaraq onların mükəmməl fiksasiyasını təmin edir. Seçdiyiniz qaş fiksatorunda diqqət etməli olduğunuz əsas amil axıcı olmaması, keyfiyyətli olması, qaşınızın rəngindən seçilməməsidir. Bunlara diqqət edərək alacağınız qaş fiksatoru uzun müddət sizin gözəlliyinizi vurğulayacaq və təbiliyinizi qoruyacaqdır. Kontakt.az saytında siz makiyaj vasitələrini münasib qiymətə əldə etməklə yanaşı keyfiyyətli məhsul seçimi etmə imkanı qazanırsınız. Çünki, sizə təqdim etdiyimiz vasitələr yüksək keyfiyyətə malikdir.