Kataloq

Aylıq ödənişlərin həyata keçməsi

I. Aylıq ödənişlərimi necə həyata keçirə bilərəm?

  • Terminal vasitəsilə

Aylıq ödənişlərinizi şəhərdə mövcud olan MilliÖn terminallarından edə bilərsiniz.
Bunun üçün e-manat ve million terminallarının əsas menyunun ikinci səhifəsində olan “Mağazalar şəbəkəsi və E-ticarət” qovluğuna daxil olub, “Kontakt”-u seçməlisiniz. Daha sonra öz şəxsiyyət vəsiqənizin FIN kodunu və müqavilə nömrənizi daxil edərək ödənişlərinizi edə bilərsiniz.

  • Onlayn şəkildə

Qeyd olunan linklə daxil olaraq ödəniş üsullardan birini istifadə edərək həyata keçirməyiniz mümkündür Aylıq ödəniş.

  • Tətbiq vasitəsilə

1. Telefonunuzda MilliÖn tətbiqi (aplikasiya) mövcuddursa, həmin tətbiqdə “Xidmətlər” bölməsindən “Mağazalar şəbəkəsi və E-ticarət” qovluğuna daxil olaraq “Kontakt”-u seçib, öz şəxsiyyət vəsiqənizin FİN kodunu və müqavilə nömrənizi daxil edərək ödənişlərinizi edə bilərsiz.
Android cihazlar üçün: Play market million app
İOS cihazlar üçün: App store million app

 
2. Telefonunuzda ABB mobil tətbiqi (aplikasiya) mövcuddursa, həmin tətbiqdə “Ödənişlər” bölməsinə daxil olaraq – “Kredit” qovluğuna keçid edirsiniz, burada “Kontakt”-u seçib öz şəxsiyyət vəsiqənizin FİN kodunu və müqavilə nömrənizi daxil edərək ödənişlərinizi edə bilərsiniz.
Android cihazlar üçün: Play market ABB app  
İOS cihazlar üçün: App store ABB app  

 

 Tətbiqə keçid üçün QR kodu skan edə bilərsiniz

Tətbiqə keçid üçün QR koduskan edə bilərsiniz

3. Telefonunuzda BirBank mobil tətbiqi (aplikasiya) mövcuddursa, həmin tətbiqdə“  Ödənişlər və Köçürmələr” bölməsinə daxil olaraq – “Bütün” qovluğuna keçid edirsiniz, burada “Kredit” qovluğuna keçid alaraq  “Kontakt Home”-u seçib öz şəxsiyyət vəsiqənizin FİN kodunu və müqavilə nömrənizi daxil edərək ödənişlərinizi edə bilərsiniz.
Android cihazlar üçün: Play market BirBank app
İOS cihazlar üçün: App store BirBank app

II. FİN kod nədir?

FİN kod – şəxsiyyət vəsiqənizin sağ aşağı küncündəki, axırdan birinci simvolu buraxmaqla, sonrakı 7 simvoldan ibarət koddur.
Yeni şəxsiyyət vəsiqələrində Fərdi İdentifikasiya Nömrəsi (FİN kod) vəsiqənin üzərində qeyd olunub.


III. Müqavilə nömrəsi nədir?

Əldə etdiyiniz məhsula aid ödəniş cədvəlində qeyd olunan rəqəmlər toplusudur (Bunu izah etmək üçün şəkil yerləşdiriləcək). Əgər ödəniş cədvəli hazırda sizdə deyilsə, müqavilə nömrənizi öyrənmək üçün *6060 Çağrı Mərkəzimizə zəng edə, 050 828 60 60 WhatsApp nömrəmizə və ya sosial şəbəkələrdən bizə mesaj yaza bilərsiniz.

IV. Taksit kartı ilə sizdən məhsul əldə etmişdim, aylıq ödənişimi necə edim?

Taksit kartı ilə əldə olunan məhsul nağd alış olduğu üçün siz aylıq ödənişinizi banka edirsiniz. Bu halda ödənişi həyata keçirmək üçün taksit kartınızı əldə etdiyiniz müvafiq banka müraciət etməlisiniz.

Şəxsi hesab
Şəxsi hesabın üstünlüklərindən yararlanmaq üçün daxil olmaq və ya qeydiyyatdan keçməyi tövsiyə edirik.

Hesab və ayarlar

Aylıq Ödəniş
Əlaqə:: *6060