Elekrtosamokatlar arasında istifadəçilərinin etibarını qazanan Xiaomi Mi Electroscooter Essential modelini təqdim edirik. Həm klassik, həm də idman üslubuna üstünlük verənlərin seçimi olan Xiaomi Mi Electroscooter inanılmaz sürəti, lakonik dizaynı və yüksək avtonomluğu özündə birləşdirir. Korpus aerokosmik sinfi alüminyumdan hazırlanıb. Nəticədə cihaz cəmi 12 kq çəkiyə sahibdir. Onu asanlıqla qatlayıb bir əldə aparmaq olur. Elektrosamokatın xüsusi konstruksiyası sayəsində onu cəmi 3 saniyə ərzində qatlamaq olur. Qatlanmış vəziyyətdə isə uzunluq 49 sm təşkil edir.
Tutacaqlar yumşaq material ilə örtülüb. Bu material nəmi özünə çəkir. Beləliklə, əlləriniz sürüşməyəcək və yolda təhlükəsiz hərəkət edəcəksiniz. İdarəetməyə çoxfunksional panel və drossel cavabdehdir. Paneldə seçdiyiniz sürət, smartfona bağlantı barəsində məlumat və digər vacib bildirişlər əks olunur. Cihazın sürəti drossel ilə idarə edilir. Smartfonunuza Mi Home tətbiqini yükləyib batareyanın enerjisini və əsas məlumatı izləmək olar. Əlavə olaraq tətbiq vasitəsilə samokatın əməliyyat sistemini yeniləyəcəksiniz. Ön tərəfdə yerləşən fənər 10 m məsafəlik işıqlandırma dərəcəsinə malikdir. Arxa fənərin ölçüləri böyüdülüb. Ətrafınızda hərəkət edən nəqliyyat vasitələri və piyadalar sizi aydın görə biləcək.
Xiaomi Mi Electroscooter Essential modelində 3 sürət rejimi mövcuddur. “Piyada” rejimində sürət 5 km/s-dır, “Standart” rejiminin sürəti 15 km/s, “İdman” rejimində isə maksimal sürət 20 km/s təşkil edir. Sürəti sevənlər bu modeli bəyənəcək. 5100 mAh həcmli batareya inanılmaz avtonomluq təqdim edir. Maksimal sürətdə cihazın enerjisi 20 km məsafə üçün kifayətdir. Yenilənmiş əyləc sistemi sayəsində samokatı etibarlı şəkildə dayandıra biləcəksiniz.