Görünür ki, velosiped əldə etməyi qərara almısınız! Seçiminizə məsuliyyətli yanaşmağı tövsiyyə edirik, çünki indiki zamanda bazarda yüzlərlə velosiped çeşidləri mövcuddur. Tələblərinizə uyğun olan modeli seçə bilməyiniz üçün ilk növbədə nəqliyyat vasitəsindən hansı yollarda istifadə edəcəyinizi müəyyənləşdirməlisiniz. Asfalt yolu olmadığı yerlərdə təhlükəsizliyinizi təmin etmək üçün dağ velosipedlərinə üstünlük verilməlidir. Üstəlik dağ velosipedi şəhər mühitində də rahat istifadə edilə bilər. Vista CN.26-ZY550-40 Black-Orange dağ velosipedlər arasında müştərilərimiz tərəfindən ən çox seçilən modellər siyahısındadır.
Adətən dağ velosipedlərinin hissələri möhkəm və zərbələrə davamlı materilallardan hazırlanır. Bu səbəbdən sözügedən modelin çərçivəsi dəmirdəndir. Nəticədə Vista CN.26-ZY550-40 uzun müddət ərzində sizə xidmət edəcəkdir. Gözəçarpan qara və narıncı rəngi sayəsində yolda seçiləcəksiniz. Təkərlərin diametri 26" düymdir. Dərin relyefli şinlər sayəsində velosipedin sabitliyi təmin edilir. Velosiped enli üçqat disklərə sahibdir, ön və arxa əyləclə təchiz edilib. Beləliklə, nəqliyyat vasitəsinin təhlükəsiz dayandırılması üçün imkan yaradılır.
Vista CN.26-ZY550-40 modeli 21 sürət sayına sahibdir. Nəticədə yoldan asılı olaraq sizə rahat olan sürəti seçə bilərsiniz. Keyfiyyətli velosiped əldə etmək üçün Kontakt Home mağazalar şəbəkəsinə gəlməyiniz kifayətdir. Peşəkar mütəxəssislərimiz tələblərinizə uyğun modeli seçmək üçün sizə kömək edəcək. Əlavə olaraq, nəzərinizə çatdıraq ki, Vista CN.26-ZY550-40 velosipedə 6 ay zəmanət təqdim edilir.