Effektivlik hər bir hərəkətdə
SteelPrecision ülgücləri dəqiqədə 90 000 qırxma edərək bir hərəkətə daha çox tük qırxır. Nəticədə, daha effektiv və hamar təraş əldə edilir**. Bu 45 ədəd özüitilənən ülgüclər Avropada istehsal olunub.
Maksimal effektiv təraş üçün istənilən növ tüklərin xüsusiyyətlərinə uyğunlaşır
İntellektual sensor saniyədə 125 dəfə tüklərin parametrlərini ölçür. Daha sonra istənilən növ tüklərin qayğılı və effektiv təraşı üçün üzqırxanın gücü avtomatik tənzimlənir.
Hərəkət edən başlıqlar üzünüzün relyefini təkrar edir
360° hərəkət edən başlıqlar üzünüzün relyefini tam olaraq təkrar edir. Bu da daha təmiz və rahat təraşı təmin edir.
Tüklərin dəqiq və effektiv qırxılması üçün yaradılıb
Başlıqların yeni quruluşu tüklərin daha dəqiq kəsilməsi üçün tərtib edilib. Uzunsov dəliklərin köməkliyi ilə tüklər ülgüclərə doğru yönləndirilir. Nəticədə, daha təmiz təraş əldə edilir.
Gigiyenik və əsaslı təmizlənmə cəmi 1 dəqiqəyə
Güclü təmizlik sistemi üzqırxanı cəmi 1 dəqiqə ərzində effektiv təmizləyir və yağlayır. Üzqırxanın bazada təmizlənməsi axar su altında yuyulmadan 10 dəfə daha effektivdir**. Bu, dünyanın ən balaca təmizləmə bazasını asanlıqla rəfdə saxlamaq və istənilən yerdə istifadə etmək mümkündür.
Quru və ya nəm təraş. Tükləri hətta duş qəbul edəndə qırxmaq olar
Sizə lazım olan təraş növünü istifadə edin. Komfortlu quru və ya təravətləndirici nəm təraşı seçib təraş üçün gel və ya köpüyün köməkliyi ilə tüklərdən azad ola bilərsiniz.
Trimmer üzqırxanın qulpuna quraşdırılıb
Görünüşünüzü yüksək keyfiyyəti və dəqiqliyi ilə seçilən trimmerin köməkliyi ilə tamamlayın. Bığların və bakenbardların rahat təraşı üçün trimmer üzqırxanın korpusuna quraşdırılıb.
Burun üçün trimmer başlığı
Burun üçün trimmer başlığı ilə üzqırxanınızın universallığını qiymətləndirin. Burun və ya qulaqlarda olan arzuolunmaz tüklərdən azad olmaq üçün başlıqdan istifadə edin.
60 dəqiqə fasiləsiz təraş
Batareyanın enerjisi 60 dəqiqə avtonom istifadə üçün kifayət edir.
Enerjinin tam bərpası 1 saata və 5 dəqiqəyə sürətli şarj etmə
Güclü litium ion batareya sayəsində üzqırxanın tam şarj edilməsi cəmi 1 saat vaxt tələb edir. Tələsirsiniz? Cihazı 5 dəqiqə ərzində şarj edin. Batareyanın enerjisi bir təraş üçün kifayət edəcək.
Üzqırxan Eko-pasporta malikdir
Philips şirkəti olaraq, biz məhsulların istehsalı mərhələlərini ekoloqiya üçün tamamilə zərərsiz etməyə çalışırıq. Ülgüclərin istehsalı üçün 100% bərpa olunan elektrik enerjisindən istifadə olunur, qablaşdırma isə təkrar emal üçün yararlı olan materiallardan hazırlanıb. Bütün üzqırxanlar eko-pasportla təchiz edilib.
İntuitiv təraş üçün LED displey
3 mərhələli LED displey batareyanın enerjisinə nəzarəti asanlaşdırır. Philips üzqırxan nəinki enerjinin az qalması barəsində sizi xəbərdar edəcək, hətta bloka salma indikatorunu, təmizlik və başlığın yenilənməsi barəsində bildirişləri əks edəcək.