Dəqiq xəttlər
Təraş və modelləşdirmə
● Yığcam DualCut trimmeri
● Suda yuyula bilər, AA batareyası
● Detalların işlənilməsi üçün başlıq
● İdeal forma üçün 3 ədəd daraq başlıqları
İdeal formanı yaradan trimmer: sizin unikal görünüşünüz
Yığcam 21 mm trimmerin köməkliyi ilə üzünüzdə olan tükləri istədiyiniz uzunluqda kəsə biləcəksiniz. Saqqalı, bakenbardları, bığları formaya salın, üzünüzdə artıq olan tükləri qırxın. Cihazı və təraş prosesini dəqiq idarə edəcəksiniz.
DualCut texnologiyası: inanılmaz dərəcədə dəqiq xəttlər üçün daha iti ülgüclər**
Təkmilləşdirilmiş DualCut texnologiyası ikitərəfli itilənən və aşağı sürtünmə koeffisientinə malik kəsmə blokudur.
Dəqiq xəttlərin və ideal formanın yaradılması üçün üzqırxan
İdeal forma üçün (21 mm) torlu üzqırxan adi ülgüclə müqayisədə çətin yerləri daha dəqiq təraş edir. Çətin yerlərin belə hamar təraşı təmin olunur.
Üzünüzdə olan tüklərin dəqiq kəsilməsi üçün üç ədəd başlıq
İdeal və səligəri görünmək üçün tüklərin lazım olan uzunluqda olmasına nəzarət edin: saqqal, espanyolka, bakenbardlar və bığ - çıxarılan daraq başlıqları (1 mm, 3 mm, 5 mm) sayəsində istənilən üslub əldə edilir.
Sadə və əsaslı təmizləmə
Saqqal üçün trimmer tamamilə suyadavamlıdır: əsaslı təmizləmə üçün onu axar su altında yaxalamağınız kifayətdir.
Yığcam trimmerin təmizlənməsi üçün sadə fırça
Hər istifadədən sonra ülgüclərin təmizlənməsi üçün fırca.
Duş qəbul edəndə belə cihazın əldə etibarlı yerləşməsi üçün relyefli tutacaq
Trimmeri burun üçün istifadə etdiyiniz zaman relyefli tutacaq istifadəni asanlaşdıracaq, açarın yerləşməsi isə idarəetməni daha rahat edir.
İstifadə üçün daim hazır
Burun və qulaq üçün nəzərdə tutulmuş trimmeri əldə edən kimi istifadə etmək olar - komplektasiyaya AA batareyası daxildir.
Alıcının müdafiəsi üçün zəmanət
Saçlara qulluq üçün nəzərdə tutulmuş bütün qurğularımız uzunmüddətli istifadə üçün yaradılıb. Onlara 2 illik zəmanət təqdim olunur və hissələri əlavə olaraq yağlamağa ehtiyac qalmır.
Ülgücləri yağlamaq lazım olmayacaq
Ülgücləri əlavə olaraq yağlamaq lazım olmayacaq, bu da cihaza qulluğu asanlaşdırır.