13 MP süni intellektə malik kamera
Şəkillərin yüksək detallaşdırılması
Daha üzün müddət işləyən 5000 mAh tutumlu batareya
Hər zaman enerji dolu
Siz hər zaman şəbəkə daxilində olacaqsınız.
5000 mAh tutumlu batareya və optimallaşdırılmış enerji sərfiyyatına malik
SPARK GO 2022 cihazın uzun müddətli işləməsini təmin edir.
Böyük ekran və DTS stereosəs sistemi
Keyfiyyətli görüntü və səs
16.56 sm (6.5 düym) O-şəkilli kəsikə malik HD+ ekranın və DTS stereosəs sisteminin ideal birləşməsi.
Sizi kinoteatr keyfiyyətli vizual həzz gözləyir.
Əfsanəvi dizayn
Müasir və futurizm üslubu
Smartfonun parlaq korpusu, iri simvolları, proqressiv və müasir dizaynı öz-özünə məlumdur: SPARK seriyası qabaqcıl xarici görünüş dövrünə rəsmi olaraq daxildir.
Boke effekti
Boke və gözəllik
Ətrafdakı detalları və ya şəkildəki obyekti önə çıxartmaq istəyirsiniz?
Boke effekti müəyyən işıq nöqtələrini fokusa yığa və eyni zamanda arxa fonu bulanıq edə bilir.
Süni intellektlə səhnələrin müəyyənləşdirilməsi
Süni intellektlə təchiz edilmiş kameramız şəkilləri müxtəlif səhnələrə əsasən optimallaşdıra və eyni zamanda səhnələrin müəyyənləşdirilməsi səviyyəsini 90%-dək artırıb görüntünün dəqiqliyini və reallığını təkmilləşdirir.
HDR rejimi
İşıqlandırmadan qorxmayın
İşıqlandırma səviyyəsi kifayət qədər deyilsə nə etmək lazımdır?
HDR rejimini işə salıb işıqlandırma ilə keyfiyyətli şəkillər çəkə biləcəksiniz. Bu zaman ətrafınızdakı bütün detallar qorunacaq.
"Gözəllik 3.0" rejiminə malik 8MP portret kamerası
Özünüzü daha da gözəlləşdirin
Çəkinmədən SPARK GO 2022 ilə selfilər yaradın.
Parlaq gözlər, incə üz, hamar dəri......
Gözəlliyinizi özünüz müəyyənləşdirəcəksiniz.
Gülüşün aşkar edilməsi ilə çəkiliş
Özünüzü təbəssümlə yaddaşda saxlayın
Şəkil çəkəndə cazibədar gülümsəməyi unutmayın. Bu rejim gözlər və ağız bölgəsində hər hansı bir dəyişikliyi müəyyənləşdirəcək. Hər bir gününüzün xoşbəxtliyini yaddaşda saxlacaqsınız.
1080P yavaşladılmış video çəkiliş rejimi
Ətrafınızdakı mühitdən zövq alın
Düyanı xüsusi diqqətlə seyr etmisinizmi?
1080P yavaşladılmış video çəkiliş rejimi ətrafınızdakı mühitin gözəlliyini və hərəkətini videolarınızda əks etdirməyə imkan yaradır.
Uşaq rejimi
Real vaxt rejimində uşaqların İnternetdən istifadə etmə müddətinə nəzarət
Uşaqlarınızı müdafiə etmək üçün oyun vaxtını məhdudlaşdırın. Eyni zamanda, uşaqların arzuolunmaz tətbiqlərdən istifadə etmələrinin qarşısını almaq və mobil telefondan istifadə etmə müddətinə nəzarət etmək olar.
Ən əsası isə, övladınız telefondan uzanmış vəziyyətdə istifadə edəndə, ona düzgün olmayan vəziyyəti dəyişmək lazım olduğu barədə bildiriş gələcək.
Seyf 2.0
Şəxsi həyatınızı qoruyun
Hər dəfə telefonu dostunuza verəndə özünüzü təhlükədə hiss etməkdən bezmisiniz? Kənar şəxslərdən şəxsi məlumatlarınızı gizlətmək üçün tətbiqlərinizi və qalereya bölməsini bloka salın. Sevdiyiniz tətbiqi gizlətmək üçün bir neçə saniyə vaxt tələb olunacaq. Konfidensial və multimedia tətbiqlərinizi şifrə ilə müdafiə edin. "Seyf 2.0" funksiyası mesajlar barədə bildirişləri gizlətməyə və sizə məxsus şəkilləri şifrələməyə imkan yaradır.