Top.Mail.Ru
9 aprelədək üzünü güldürən təkliflər hissəli alışda 24 ayadək faizsiz, nağd alışda isə -50%-dək endirimdə!
*6060

Məhsul mövcuddur

TM-MT-BMT-1108-RT-0142

Soyuducu Toshiba GR-RT559WE-PMJ(37)

qiymət

1649.99 M

-300 M

nağd alışda 1349.99 M

Kredit Kalkulyatoru

  • 6

  • 9

  • 12

  • 15

  • 18

  • 24

  • İlkin ödəniş

    0 M

  • Aylıq ödəniş

    74 M

Hər bir mətbəxin əvəzedilməz texnikasından biri soyuducudur. Böyük həcmli soyuducu axtarırsınızsa Toshiba GR-RT559WE-PMJ(37) sizin üçündür! Saytımızda təqdim olunan modelin parametrləri və soyuducu qiymetleri ilə tanış ola bilərsiniz.

Görünüş

Toplam 411 litr həcmə malik soyuducu 3-4 nəfərdən ibarət ailələr üçün idealdır. Daxilində həftəlik alış-verişinizi yerləşdirə biləcəyiniz mətbəx texnikası optimal ölçülərə malikdir. Onun eni cəmi 70 sm, hündürlüyü ilə 159.8 sm-dır. Boz rəngdə təqdim edilən soyuducu gizli tutacaqlarla təchiz olunub. Kontakt Home soyuducu və onun funksiyaları ilə ətraflı tanış olmağa təklif edir.

Soyuducu kamera alt hissədə yerləşir. Onun daxilində 2 ədəd şüşədən hazırlanmış rəflər, Cooling Zone və Origin Fresh konteynerləri mövcuddur. Əlavə saxlama yerləri soyuducu kamerasının qapısında var. Geniş dondurucu kamerada həm ərzaqlarınızı, həm də qış üçün mövsüm meyvələrini dondurub saxlaya bilərsiniz.

Soyutma sistemi və Mühərrik

Ərzaqların təzə qalmasına AirFall Cooling texnologiyası cavabdehdir. Soyutma bölgəsinin altında yerləşən bu panel soyuq havanın bərabər paylanılmasını təmin edir. Kamerada dövriyyə edən soyuq hava axınları sayəsində künclərdə və üst rəflərdə belə saxlanılan qida məhsullarınız uzun müddət ərzində təravətliliyini itirməyəcək. Bu texnoloqiya qapı rəflərinin belə optimal soyudulmasını təmin edir.

Təqdim olunan Toshiba soyuducu modeli Origin inventer üzərində işləyir. Müasir mühərrik yüksək məhsuldarlığa malikdir və soyuducunun səssiz və etibarlı işləməsini təmin edir. Soyuducu kamerasında yerləşən xüsusi panel vasitəsilə daxildə olan temperaturu idarə edə biləcəksiniz.

Origin Fresh konteyneri ilə yeməkləriniz üçün daimi təravətli meyvə-tərəvəzlərdən istifadə edəcəksiniz. Burada tərəvəzlərin təzə qalması üçün optimal rütübət yaradılır. Üstəlik rütubət səviyyəsi 60%-dan 80%-dək tənzimlənir. Ət və dəniz məhsullarının saxlanılması üçün Cooling Zone mövcuddur. Dondurucu kameranın altında yerləşən bu rəfdə temperaturun dərəcəsi -1°C-dan 1°C qədər qorunur. Artıq yemək hazırlamaq üçün ətin donunu açmağa ehtiyac qalmayacaq.

nağd alışda

1349.99 M

ayda cəmi

74 M