LG GR-C63HLCL soyuducu 423 litr toplam həcmindədir. Soyuduzu NoFrost əritmə sisteminə malikdir. Multi Air Flow və Door Cooling texnologiyaları ilə ərzaqlar təravətliliyini itirmir.
Soyuducunuzu yeniləməyin vaxtı gəlibsə sizə LG brendinə üz tutmağı məsləhət edirik. Toplam 423 litr tutumu sayəsində LG GR-C63HLCL modeli böyük ailələr üçün əlverişli seçim olacaq. NoFrost əritmə sistemi kameraları buzlaşmadan qoruyur və kameraların effektiv soyudulmasını təmin edir.
Görünüş
LG soyuducu boz rəngdə təqdim edilib. Sadə görünüşü olan texnikanı sevirsinizsə bu modelə diqqət yetirməyi məsləhət edirik. Soyuducu iki kameralı və iki qapılıdır. Üst hissədə 113 litrli dondurucu kamera yerləşir. Daxilində 1 ədəd rəf və buz generatoru mövcuddur. Qapıda əlavə 2 ədəd rəf qapıda yerləşir.
Kontakt Home soyuducular arasında bu model tutumlunuğu ilə seçilir. Soyuducu kamera 324 litr həcmindədir. Ərzaqları rahat yerləşdirmək üçün 3 ədəd adi və 1 Pull-out Tray rəflər var. Tez-tez istifadə etdiyiniz məhsulları Pull-out Tray rəfinsə saxlayın. Bu rəf önə çıxır. Beləliklə arxa hissələrdə yerləşən ərzaqlara asanlıqla əliniz çatacaq.
Alt hissədə Fresh Zone konteyneri mövcuddur. Burada meyvə-tərəvəzlərin uzun müddət təravətli saxlanılması üçün optimal şərait yaradılıb. Soyuducu kameranın qapısında 2 ədəd böyük və 5 ədəd balaca rəflər var.
Soyutma sistemi
LG GR-C63HLCL Smart inventor kompressoru üzərində işləyir. Soyuducunun ətrafında və daxilində olan havanın temperaturuna və saxlanılan ərzaqların sayına əsasən soyutmanın gücünü tənzimləyir. Bundan başqa kompressor cihazın səssiz işləməsini təmin edir. Soyuducunun səs səviyyəsi 38 dB-dir.
Multi Air Flow soyutma sistemi soyuq havanın bərabər paylanılmasını təmin edir. Arxa divarda yerləşdirilən dəliklərdən verilən soyuq hava axınları kamerada dövriyyə edərək rəflərin arxa hissələrində yerləşən məhsullara belə asanlıqla çatır. Nəticədə, qida məhsulları və meyvə-tərəvəzlər 7 günə qədər təzə qalır.
Soyuducunun qapısı açılan kimi Door Cooling texnologiyası işə salınır. Əlavə soyuq hava axınları daxildə olan temperaturun təyin edilən nəticədə qalmasını təmin edir.