HOFFMANN NFBL-185W müştərilərimiz tərəfindən ən çox seçilən modellərdən biridir. Soyuducu əlverişli qiyməti və xüsusiyyətlərinin keyfiyyəti ilə alıcıları cəlb edir. Klassik ağ rəng sayəsində cihaz mətbəxinizin interyerinə tam uyğunlaşacaq. HOFFMANN NFBL-185W iki kameradan ibarətdir. Soyuducu kameranın həcmi 210 litrdır. Dondurucu kamera aşağıda yerləşir və onun həcmi 76 litrdir.
Hər iki qapı istiqamətin dəyişdirilməsini dəstəkləyir. Balaca sahəli mətbəxlər üçün bu xüsusiyyət üstünlükdür. Soyuducunu istədiyiniz kimi yerləşdirə bilərsiniz. Rəflər şüşədən hazırlanıb və çox rahat təmizlənirlər. Soyuducunun hündürlüyü 185.8 sm, eni 59.9 sm, dərinliyi 59.8 sm-dır.
Dondurucu kamera No Frost sistemi ilə təchiz edilib. Onun sayəsində soyuducunun daxilində buz əmələ gəlməsinin qarşısı alınır. Yayda ölkəmizdə havanın temperaturu yüksək olduğu üçün iki iqlim sinfinə aid olan soyuduculara daha çox üstünlük verilir. Sözügedən model N, SN iqlim sinfinə aiddir. Bu o deməkdir ki, otaqda hava temperaturu +16°C-dan +38°C arası olsa belə soyuducunun normal işi təmin ediləcək.
Cihaz A++ enerjiistifadə sinfinə aiddir və məhsuldarlığını dəyişmədən soyutma zamanı elektrik enerjisinə qənaət edir. Soyuducu çox sakit işləyir, onun səs səviyyəsi 42 dB-dır.
Seçim etməkdə çətinlik çəkirsinizdə Kontakt Home mağazalarında sizi gözləyirik! Peşəkar mütəxəssislərimiz büdcənizə və tələblərinizə uyğun olan modeli əldə etməkdə sizə kömək edəcəklər. Mağazalarımızda təqdim olunan bütün modellərə zəmanət verilir. Üstəlik qiymətə çatdırılma və quraşdırılma daxildir!