Total NoFrost əritmə sisteminə sahib soyuducunu qarşılayın. HOFFMANN NF-180 BG ilə kameraların donunu açmaq lazım deyil. Total NoFrost sayəsində soyuducunun daxilində buz əmələ gəlməsinin qarşısı alınır və effektiv soyutma təmin edilir. Multi Air Flow texnologiyası soyuq hava axınlarını kameralar daxilində bərabər paylayır. Nəticədə kameralarda temperatur daimi stabil saxlanılır. Hətta üst rəflərdə və künclərdə yerləşən ərzaqlar uzun muddət ərzində təzə qalır.
Xüsusi “Crisper” konteyneri sayəsində hər zaman təravətli meyvə-tərəvəzlərdən istifadə edəcəksiniz. Təravətlik zonasının yaradılması üçün bu rəfdə optimal rütubət saxlanılır. Konteynerin üzərində yerləşən panel vasitəsilə daxildəki rütubəti tənzimləyə bilərsiniz. Bundan başqa, soyuducu kamerada “Super Cool”, dondurucu kamerada isə “Super Freeze” rejimləri mövcuddur. Bu rejimlər ərzaqların sürətli soyudulması və dondurulması üçün istifadə edilir. Lazım olan rejimi soyuducunun korpusunda yerləşən displeydən seçə bilərsiniz.
HOFFMANN soyuducusunun korpusu parlaq qara rəngdədir. Mətbəxiniz modern və ya loft üslubundadırsa bu model interyerinizə ideal uyğunlaşacaq. Toplam 354 litr həcmi ərzaqlarınızın rahat yerləşdirilməsi üçün imkan yaradır. Dondurucu kamera aşağıda yerləşir. Daxilində 3 ədəd iri konteynerləri ət məhsullarının, qış üçün meyvə və giləmeyvələrinin saxlanılması üçün istifadə edin. Əlavə olaraq kamerada buz düzəldicisi mövcuddur. Beləliklə, qızmar yay günlərində asanlıqla sərinləşdirici içkilər hazırlaya biləcəksiniz. Soyuducu kamerada “Crisper” konteynerindən başqa 3 ədəd möhkəm şüşədən hazırlanan rəflər var. Rəflərin hündürlüyünü istədiyiniz kimi dəyişə bilərsiniz. Soyuducu A enerjiistifadə sinfinə aiddir. Sürətli dondurma zamanı belə elektrik qənaətli sərf edilir.