Hoffmann NF-177SD parametrləri və əlverişli qiyməti sayəsində Kontakt Home müştəriləri tərəfindən çox sevilir. Soyuducu dəbli xarici görünüşü və müasir gümüşi rəngi ilə hər kəsi heyran edir.
Cihaz iki kameradan ibarətdir. Dondurucu kamera yuxarıda yerləşir, həcmi 95 litrdir. Soyuducu kameranın həcmi 330 litrdir. Daxili rəflər şüşədən hazırlanıb. Düzgün qurulmuş işıqlandırma sayəsində hər bir rəf aydın görülə bilir.
Cihazın hündürlüyü 177 sm, eni 70 sm, dərinliyi 67 sm-dir. Soyuducu cəmi 43 dB səs səviyyəsi ilə işləyir və A ++ enerjiistifadə sinfinə aiddir. Bu elektrik enerjisinin qənaətli istifadəsinin göstəricisidir. Soyuducu ikiqapılıdır və, ən əsası, Hoffmann NF-177SD qapı istiqamətinin dəyişdirilməsini dəstəkləyir. Kiçik sahəli mətbəxlər üçün bu çox faydalı bir xüsusiyyətdir.
No Frost əritmə sistemi sayəsində daxili divarlarda buz qatı əmələ gəlməsinin qarşısı alınır və siz soyuducunuzu buzdan təmizləmək üçün artıq vaxt sərf etməyəcəksiniz. İntensiv soyutma ərzaqlarınızı uzun müddət ərzində təzə və təravətli saxlayır.
Hoffmann NF-177SD modelini nağd və ya hissə-hissə Kontakt Home mağazalar şəbəkəsindən əldə edə bilərsiniz. Peşəkar mütəxəssislərimiz sizin bütün suallarınızı ətraflı cavablayacaq. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, mağazalarımızda Hoffmann məhsullarına zəmanət verilir. Üstəlik çatdırılma və quraşdırılma pulsuzdur! Bu fürsətdən faydalanmağa tələsin!