İstənilən isitmə sisteminin effektivliyi keyfiyyətli radiatorlardan asılıdır. HOFFMANN WST-F400 modeli seksiya tipli radiatorlara aiddir və keyfiyyətli alüminiumdan hazırlanıb. Alüminiumun tez isinməsi sayəsində bu tip radiatorlar istiliyi sürətli yayılması ilə fərqlənir. Cihazın müasir görünüşü isə otaqların interyerinə tam uyğunlaşır. HOFFMANN WST-F400 modeli 10 seksiyadan ibarətdir. Eni 96 sm, hündürlüyü 57 sm, çəkisi isə 7.85 kq-dır. Hər bir seksiyanın ölçüsü 8 x 9.6 x 57 sm-dir. İstiliyin ötürülməsi 150, seksiyalarda olan suyun həcmi 0.3 L/PC-dir.
Möhkəm seksiyalar yüksək təzyiq şəraitində belə effektiv isitməni təmin edir. Bu səbəbdən HOFFMANN WST-F400 mənzillərdə istifadə üçün idealdır. Paslanmayan material cihazı sızmalardan qoruyur və uzun müddət ərzində etibarlı xidmətini təmin edir. Radiator asanlıqla istənilən tip kombi və ya mərkəzləşdirilmiş istilik sisteminə qoşula bilir.
Seksiya HOFFMANN WST-F400 əldə etmək üçün Kontakt Home mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz. Peşəkar məsləhətçilərimiz tələblərinizə uyğun avadanlıq seçimində sizə kömək etməkdən şad olacaq. Əlavə olaraq, istədiyiniz məhsulun xüsusiyyətləri ilə mağazaya gəlmədən tanış ola bilərsiniz. Bunun üçün onlayn mağazamız olan Kontakt.az saytına daxil olub “Canlı video məsləhətçi” düyməsinə basmağınız kifayətdir.