Samsung S21 FE qiymeti ilə tanış olmaq üçün saytımıza keçid edin. Smartfon 128 GB yaddaşa sahibdir. 6.41 düymlü AMOLED 2X displey görüntünü parlaq ötürür. Selfi üçün 32 mpx kamera var.
Samsung Galaxy S21FE özündə sürətli Qualcomm prosessoru, təkmilləşdirilmiş kamera sistemini və 128 GB yaddaşı birləşdirir. Rəngi ilə diqqəti özünə cəlb edən smartfonları sevirsinizsə seçiminizi Green rəngində dayandırın.
Görünüş və Ekran
Samsung S21FE smartfonu arxa paneldə yerləşən kamera bloku ilə tanınır. Cihazın gövdəsi bərk plastikdən hazırlanıb. Nəticədə, smartfon hətta güclü zərbələrə davamlıdır. Yan çərçivənin materialı mat metaldır. Çərçivənin alt hissəsində dinamik, mikrofon, USB Type-C, və 2 nanoSIM üçün girişlər yerləşdirilib. Dinamik sayəsində smartfon güclü stereo səsə malikdir. Korpus IP68 qorunma dərəcəsinə malikdir. Gəzinti zamanı yağışa düşsəniz belə cihaz su damcılarından etibarlı şəkildə qorunur. Ekranı blokdan 2 üsulla çıxarmaq olar: displeydə yerləşən barmaq izi skaneri və üz tanıma funksiyası vasitəsilə.
6.41 düymlü Dynamic AMOLED 2X displeylə təchiz edilib. Ekran həlli 1080 x 2400, tezlik isə 120 Hz-dır. Samsung Galaxy S21FE günün istənilən vaxtı sizi ideal görüntü ilə təmin edir. Hətta gecə səhnələrində yüksək detallıq müşahidə edilir. Displey Corning Gorilla Glass Victus şüşəsi ilə örtülüb. Bu material ekranı xırda cızıqlardan və çatlardan qoruyur.
Prosessor və Batareya
Qualcomm SM8350 prosessor və 6 GB operativ yaddaş Galaxy S21FE modelini yüksək məhsuldarlıqla təmin edib sürətini artırır. Prosessor kamera blokunun və üz tanıma funksiyasının işini təkmilləşdirdi. Bundan başqa eyni anda bir neçə tətbiqi işə sala və PUBG Mobile, Asphalt 9: Legends kimi oyunları oynaya bilərsiniz. Görüntü keyfiyyətini və detallığını itirməyəcək.
4500 mAh həcmli batareya ilə sevdiyiniz serialın bütün sezonunu bir dəfəyə izləyəcəksiniz. A23 ilə tamamlanmayan işləriniz qalmayacaq. Musiqi dinləyin, oyun oynayın, dostlarınız və əzizlərinizlə video zəng vasitəsilə söhbət edin – batareyanın enerjisi tükənməyəcək. Sərf edilən enetjini sürətli bərpa etmək üçün sizə 25 Vt adapter lazım olacaq. Bundan başqa smartfon simsiz enerji toplamanı dəstəkləyir. Telefonunuz şarj edilən zaman onun vasitəsilə qulaqlıqları, ağıllı saatı və ya digər smartfonu şarj etmək mümkündür.
Kameralar
A23 ilə fotoəsərlər yaradacaqsınız. 32 meqapikselli ön kamera ilə bütün selfiləriniz mükəmməl alınacaq və siz şəkillərinizi əlavə redaktə etmədən paylaşa biləcəksiniz. Selfi kamerada "Dual recording" rejimi mövcuddur. Bu rejim işə salınanda çəkiliş zamanı əsas və ön kameralar arasında keçid edərək videolarınızı daha maraqlı etmək olar. Bundan başqa hər iki kameranın görüntüsünü birləşdirərək eyni zamanda çəkiliş etmək mümkündür. Prosessor sayəsində kamera gecə zamanı daha parlaq və detallı kadrları yarada bilir.
Arxa paneldə yerləşən kamera bloku gündəlik istifadə üçün nəzərdə tutulub. Bloka 12 meqapikselli əsas və geniş bucaqlı kameralar, 8 meqapikselli telefoto kamera daxil edilib. Əsas kamera "Portret" rejimini dəstəkləyir. Peşəkarcasına emal edilmiş şəkillər əldə etmək istəyirsinizsə bu kameradan istifadə edin. Telefoto kamera 3X optik zoom-la təchiz edilib. Ən xırda detallar belə bu kameranın nəzərindən qaçmır. Görüntünü yaxınlaşdırıb iri kadrlar əldə etmək olar. Kadra daha çox arxa fonun düşməsi üçün cihazda geniş bucaqlı kamera mövcuddur.