2021 ilin ən gözlənilən Galaxy S modeli olan Samsung Galaxy S21 Ultra inanılmaz parametrləri sayəsində alıcılar arasında yüksək təlabata sahibdir. Ön və arxa korpus şüşədəndir və yeni Gorilla Glass Victus ilə cızıqlardan və zədələrdən etibarlı şəkildə qorunur. Yan hissələr metaldandır. Kameraların yerləşdiyi blok korpusun üst və böyür hissələrinə qədər genişləndirilib. Yan hissədə iki nanoSIM və bir microSD kart üçün giriş var. MicroSD kartı dəyişmək üçün smartfonu söndürmək lazım deyil. Sadəcə köhnə kartı çıxardıb yenisi ilə əvəz edin.
Samsung Galaxy S21 Ultra iki rəngdə mövcuddur, qara və gümüş. Telefonun korpusu sudan və tozdan IP68 standartı ilə qorunur.
Displeyin üzərində kamera üçün nəzərdə tutulmuş O-şəkilli kəsik var. Barmaq izi skaneri ön ekranın daxilinə alt hissədə yerləşdirilib ki, bu da telefonu blokdan çox tez çıxarır.
Smartfon 6.8 düymlü AMOLED displeylə təchiz edilib. Ekranın rəngləri təsvir etməsi yüksək səviyyədədir. Görüntü canlı və dinamikdir. Cihazdan günəş altında və tutqun havada, qapalı məkanda və gecə vaxtı rahatlıqla istifadə edə bilərsiniz. Kontent çox aydın oxunur. Smartfon ekranın aydınlığını avtomatik olaraq tənzimləyir. Oleofob örtük sayəsində ekran tez-tez ləkələnmir və rahat təmizlənir.
Exynos 2100 əməliyyat sistemi smartfonun işini daha da sürətləndirib. Tətbiqlər rahat açılır, ən yeni oyunlar belə problemsiz işə salınır. 5000 mAh tutumlu akkumulyator sayəsində smartfonu gün ərzində aktiv istifadə edə bilərsiniz.
Samsung Galaxy S21 Ultra S Pen elektron qələmini dəstəkləyən ilk smartfondur. Onun vasitəsilə rəsm çəkə, qeydlər edə, sənəd imzalaya bilərsiniz. (QEYD: S Pen elektron qələmi telefonun komplektasiyasına daxil deyil)
Smartfon müasir kameralar ilə təchiz edilib. Onun vasitəsilə istənilən işıqlandırmada peşəkar səviyyəli şəkillər yarada bilərsiniz. Əsas kameralar (geniş bucaqlı, ultra geniş bucaqlı və ikiqat böyütmə sistemi) yeni 108 meqapikselli sensoru sayəsində HDR şəkillər və 4K video çəkir. Bright Night rejimi sayəsində gecə vaxtı çəkilən şəkillər yüksək keyfiyyətli və detallı alınır. Ön kamera 40 mpx möhtəşəm sefli və portret rejimində fotolar yaradır. Rənglər görüntüyə dəqiq ötürülür, kamera xırda detalları belə asanlıqla tutur.
Samsung Galaxy S21 Ultra modelini zəmanətlə Kontakt Home mağazalarından almağa tələsin. Əgər vaxtınız məhduddursa, məhsulu onlayn mağazamız olan kontakt.az saytından sifariş verə bilərsiniz. Ən qısa zamanda sifarişiniz qapınıza gələcək.