2021-ci ildə alıcılara yeni Galaxy S21 modelləri təqdim edilmişdi. Bütün S21 modellər eyni xarici görünüşə sahibdir, lakin Samsung Galaxy S21 onlardan daha yığcam ölçüləri və yüngül çəkisi ilə fərqlənir.
Smartfonun arxa korpusu möhkəm mat plastikdən hazırlanıb, üzərində kamera bloku yerləşdirilib. Ön panel şüşədəndir və Gorilla Glass Victus ilə cızıqlardan qorunur. Ekranın üst hissəsində ön kamera üçün kəsik var. Barmaq izi skaneri alt hissədə ekranın daxilinə quraşdırılıb. Skanerin işi çox çevikdir və onun təsir sahəsi genişləndirilib. Nəticədə telefon blokdan tez çıxarılır. Arxa panel ilə ön paneli metal çərçivə birləşdirir. Korpus sudan və tozdan qorxmur. Onun qorunma dərəcəsi IP68-dir.
Korpusun alt hissəsində dinamik, mikrofon, iki NanoSIM kart, USB Type-C və 3.5 mm-li qulaqlıq üçün girişlər mövcuddur. Üst hissədə iki mikrofon var. Yan hissədə səs və güc düymələri yerləşdirilib. Azərbaycanda Samsung Galaxy S21 boz, bənövşəyi, çəhrayı və ağ rənglərdə təqdim edilib.
Smartfon 6.2 düymlü Dynamic AMOLED 2X displeyə sahibdir. Ekran həlli 1080 x 2400. Oleofob örtük sayəsində ekranda ləkələrin əmələ gəlməsinin qarşısı alınır. Günəşli havada, gecə vaxtı ekran rahat oxunur. Displeyin aydınlığı ətraf mühitə avtomatik olaraq uyğunlaşır. Əlavə olaraq cihazda Always On Dıspley rejimi, NFS, Face ID, Wi-Fi, 5G, GPS və Bluetooth mövcuddur.
Samsung Galaxy S21-in batareyası 4000 mAh tutumuna sahibdir. Sürətli enerji yığma dəstəklənir. Bu model telefondan aktiv istifadə edənlərin seçimidir. Smartfonun operativ yaddaşı 4 GB, daxili yaddaş isə 128 GB-dır. Cihaz Exynos 2100 prosessoru üzərində işləyir. Hal-hazırda Exynos 2100 ən məhsuldar prosessorlardan biri hesab edilir.
Kamera bloku 12 meqapikselli əsas, 12 meqapikselli ultra geniş bucaqlı və 64 meqapikselli telefoto kameralarından ibarətdir. Galaxy S21 detallı və parlaq şəkillər çəkə bilir. Rənglər düz ötürülür. Hər bir kadr öz reallığı ilə sizi təəccübləndirəcək. 4K formatında videoçəkiliş dəstəklənir. Görüntü dinamik, səs səviyyəsi möhtəşəmdir. Əlavə olaraq selfi üçün bulanıq arxa fon rejimini dəstəkləyən 10 mpx ön kamera mövcuddur.
Samsung Galaxy S21 Kontakt Home mağazalarında əldə edə bilərsiniz. Bütün Samsung telefonlarına zəmanət təqdim edilir.