Samsung Galaxy A22 Green diqqəti cəlb edən görünüşə, 128 GB yaddaşa və 2 gün istifadə üçün kifayət edən enerjiyə sahibdir. MediaTek prosessor smartfonun inanılmaz dərəcədə sürətli edir.
Az vəsait sərf edib keyfiyyətli smartfon əldə etmək mümkündür! Samsung Galaxy A22 buna sübutdur. Böyük yaddaşı, göz oxşayan rəngi və inanılmaz məhsuldarlığı sayəsində sözügedən model istifadəçiləri tərəfindən çox sevilir.
Görünüş
Smartfonun ön paneli hamar şüşədən hazırlanıb. İri Super AMOLED displey rəngləri olduğu kimi ötürür. Nəticədə, görüntü daha canlı təsvir edilir. Telefonda HD keyfiyyətində olan videoları izləməkdən zövq alacaqsınız. Arxa panel plastikdən hazırlanıb. Bu səbəbdən smartfon çox yüngül çəkiyə sahibdir. Toxunuşlara həssas olan sensor sayəsində onu əlinizdən buraxmaq istəməyəcəksiniz.
Sözügedən model arxa panelin pastel yaşıl rəngi ilə digər smartfonlardan seçilir. Panelin üzərində kamera bloku və fləş yerləşdirilib. Yan hissələrində səs və güc düymələri və nanoSIM üçün giriş mövcuddur. Məlumatlarınızın təhlükəsizliyini təmin edən barmaq izi skaneri güc düyməsinin üzərinə yerləşdirilib.
Məhsuldarlıq
Galaxy A22 modelinin məhsuldarlığını 8 nüvəli MediaTek Helio G80 prosessoru və 4 GB operativ yaddaş təmin edir. Cihaz istənilən tapşırıqlarınızı sürətli yerinə yetirir. Daxili yaddaş 128 GB-dır. Bu da bütün məlumatlarınızın bir yerdə saxlanılması üçün imkan yaradır.
5000 mAh həcmli batareya ilə smartfondan intensiv istifadə edə bilərsiniz. Adi istifadə zamanı A22 enerjisi 48 saatadək kifayət edir. Zəng edin, mesaj göndərin, musiqi dinləyin, oyun oynayın – artıq özünüzlə adapter daşıyıb telefonu gün ərzində 2-3 dəfə sarj etməyəcəksiniz.
Kameralar
Peşəkar keyfiyyətli şəkillər yaratmaq istəyirsiniz? Müasir kamera bloku vasitəsilə foto və videolarınız bənzərsizliyi ilə sizi sevindirəcək. Smartfon 48 mpx əsas kamera, 8 mpx geniş bucaqlı kamera, 2 mpx makro kamera, 2 mpx dərinlik sensoru və 13 mpx ön kamera ilə təchiz edilib. Galaxy A22 modelinin köməkliyi ilə Boke effektli makro şəkillər, möhtəşəm panorama şəkilləri və detallı selfilər yaradacaqsınız.