Kataloq
Qiymət
Bir kliklə al

Samsung Galaxy A12 (SM-A125) 128GB Blue

0 100
0.0
Hələ heç bir istifadəçi rəy yazmayıb
Mövcud deyil
SKU: TM-DG-SBP-1105-SM-0728
Цвет
Ucuzdan bahaya Bahadan ucuza
Память
От дешевых к дорогим От дорогих к дешевым
-45 ₼
449,99 ₼
404,99 ₼
Hissəli alış kalkulyatoru
Şərtlər endirimsiz qiymətə tətbiq olunur
6 ay
9 ay
12 ay
15 ay
18 ay
Aylıq ödəniş ------
Təsvir
İstifadəçi rəyləri

Samsung Galaxy A12 (SM-A125) 128 GB Blue böyük PLS IPS ekrana sahibdir. Əməliyyat sistemi Android 10, operativ yaddaş 4 GB-dır. Məhsuldarlığa MediaTek Helio P35 prosessoru cavabdehdir.

2021-ci ilin ən çox əldə edilən smartfonların siyahısına daxil olan Samsung Galaxy A12 xəyallarınızdakı smartfonun sahib ola biləcəyi bütün parametrlərə malikdir. Cihazda yüksək sürət, inanılmaz avtonomluq və güclü kameralar birləşir. Saytımız vasitəsilə sözügedən modeli asanlıqla bir klikə əldə etmək mümkündür.

Görünüş

Galaxy A12 128 GB modelinin göz oxşayan korpusu mavi rəngdə təqdim edilib. Plastik korpus optimal ölçülərə sahibdir. Nəticədə, cihaz bir əllə belə rahat idarə edilir. Ön panel hamar şüşə ilə örtülüb. 6.5 düymlü displey rəngləri dolğun ötürür. Smartfonda asanlıqla HD formatında videolar izləyə biləcəksiniz. Telefon çox yüngüldür. Cəmi 205 qram çəkisi sayəsində cihazı əlinizdən buraxmayacaqsınız. Zəng vaxtı həmsöhbətinizin sizi aydın eşidə bilməsi üçün korpusun üst və alt hissələrində mikrofonlar yerləşdirilib.

Məhsuldarlıq və Yaddaş

Galaxy A12 modelində MediaTek Helio P35 prosessorundan istifadə edilib. Onun sayəsində smartfon eyni anda bir neçə tətbiq aça, tapşırıqlarınızı sürətli yerinə yetirə bilir. Sistem proseslərinin effektiv icra edilməsi üçün 4 GB operativ yaddaş təqdim edilib. Bütün vacib məlumatlarınız daim əlinizin altında olacaq. Bunun üçün cihaz 128 GB daxili yaddaşa sahibdir. Cihazda saxladığınız faylların təhlükəsizliyini təmin etmək üçün korpusun yan hissəsində güc düyməsinin üzərinə barmaq izi oxuyucusu yerləşdirilib. Sadə interfeys sayəsində lazım olan funksiyanı tapmaqda çətinlik çəkməyəcəksiniz. Axşam vaxtı cihazdan asan istifadə edə bilməyiniz üçün xüsusi "Gecə rejimi" mövcuddur.

Avtonomluq

Günün sonunadək çoxsaylı zənglər edib mesaj göndərsəniz belə 5000 mAh həcmli batareyanın enerjisi tükənməyəcək. Ekran sönülü vəziyyətdəykən 109 saat ərzində fasiləsiz musiqi dinləyə bilərsiniz. Smartfonu gündəlik işlərinizin yerinə yetirilməsi üçün istifadə edirsinizsə cihazın enerjisi 2 günə qədər kifayət edəcəkdir. Cihazı sürətli enerji yığmanı dəstəkləyir. Beləliklə, sərf edilən enerjini bərpa etmək üçün minimal vaxt tələb olunur.

Kamera Bloku

Vacib günlərinizi yaddaşda saxlaya bilməyiniz üçün arxa paneldə yerləşən 48 meqapikselli əsas kameradan istifadə edin. Əlavə olaraq bu kamera yüksək keyfiyyətli videolar yarada bilir. Panorama şəkilləri çəkməyi sevirsinizsə 5 meqapikselli ultra geniş bucaqlı kameranı yüksək qiymətləndirəcəksiniz. Əlavə ehiyaclarınız üçün 2 meqapikselli makro kamera və 2 meqapikselli dərinlik sensoru mövcuddur. İstədiyiniz vaxt selfilərinizlə yaxınlarınızı sevindirin. Ön paneldə yerləşən 8 meqapikselli kamera “Canlı fokus” rejimi ilə arxa fona bulanıq effekti tətbiq edir.

Öz rəyinizi bizimlə paylaşın
1
2
3
4
5
Rəy yaz
Video consulting
LifeChat consulting
Video consulting
Mobile consulting container 1

Hesab və ayarlar

Aylıq Ödəniş
Əlaqə:: *6060
Şifrənin sıfırlanması

Şifrəni sıfırlamaq üçün e-poçtunuzu daxil edin.

Xəta baş verdi. Bizimlə support@kontakt.az yazıb, əlaqə saxlamağınız xahiş olunur.
Şifrəni təyin etmək

Şifrə dəyişdirilib
Yeni şifrə ilə hesabınıza daxil ola bilərsiniz
Qeydiyyatdan keçmisiniz?
Qeydiyyatı tamamlamaq üçün sizin e-poçt ünvanına link göndərilib. Lütfən, e-ünvanızı təsdiqləyin.
E-mail göndərilib
Qeydiyyatı tamamlamaq üçün sizin e-poçt ünvanına link göndərilib. Lütfən, e-ünvanızı təsdiqləyin.
Şəxsi hesab
Şəxsi hesabın üstünlüklərindən yararlanmaq üçün daxil olmaq və ya qeydiyyatdan keçməyi tövsiyə edirik.