Xiaomi Redmi Note 11 6/128 GB Graphite Gray
Xiaomi Redmi Note 11 qiyməti və parametrləri ilə saytımızda tanış olun. Smartfon AMOLED ekrana, Snapdragon 680 prosessor, 6 GB operativ və 128 GB daxili yaddaşa sahibdir.
Xiaomi Redmi Note 11 Graphite Gray smartfonlarda klassik görünüşü və məhsuldarlığı sevənlərin seçimidir. Qiymət və keyfiyyət baxımından cihaz güclü parametrlərə sahibdir.
Dizayn və Ekran
Telefonun gövdəsi möhkəm mat plastikdən hazırlanıb. Bu da onun çəkisini yüngülləşdirib. Arxa paneldə kameralar bloku və fləş yerləşir. Yan hissələrdə səs və güc düymələri, nanoSIM və microSD üçün giriş mövcuddur. Altda mikrofon, dinamik və USB Type-C üçün giriş, üst tərəfində isə mini jack 3.5 mm, infraqırmızı port, ikinci dinamik və mikrofon var. Smartfon əldə rahat yerləşir. Ölçüləri sayəsində onu bir əllə idarə etmək mümkündür.
Qurğu 6.43" düymlü AMOLED ekrana sahibdir. Bu tip displeylərin əsas üstünlüyü inanılmaz dərəcədə parlaq rənglərdir. Beləliklə, Redmi Note 11 sizi yüksək keyfiyyətli görüntü ilə təmin edəcək. Ekran həlli 1080 x 2400, tezlik isə 90 Hz-dir. Nəticədə, səhifələrin skrollinqi zamanı hamar keçidlər təmin edilir.
Prosessor və Batareya
Smartfon vasitəsilə yerinə yetirdiyiniz bütün işlərin sürətinə müasir Snapdragon 680 prosessor və 6 GB operativ yaddaş cavabdehdir. İstifadə zamanı cihazın interfeysi donmur, bütün yükləmələr sürətli yerinə yetirilir. Prosessor smartfonda ağır oyunların belə asanlıqla işə salınmasını mümkün edir. Qurğunun köməkliyi ilə bütün gündəlik işlərinizi yerinə yetirə, hətta iş maillərinizə cavab verə biləcəksiniz.
5000 mAh batareya ilə USB naqilinizi evdə qoymaq olar. Smartfonun enerjizi intensiv istifadə zamanı belə günün sonunadək kifayət edəcək. Xiaomi Redmi Note 11 dinamik həyat tərzi sevənlərin seçimidir. Qurğu sürətli enerji yığmanı dəstəkləyir. 33 Vt adapter vasitəsilə smartfonun 0%-dan 100% qədər şarj edilməsinə cəmi 60 dəqiqə lazım olacaq.
Kameralar
Məhsuldarlığı ilə yanaşı smartfon həm də güclü kameraları ilə fərqlənir. Telefon 50 mpx əsas kamera ilə təchiz edilib və detallı, təbii rənglərə sahib şəkillər yarada bilir. Stabilizasiya sayəsində bu kamera vasitəsilə saniyədə 30 kadr tezliyi olan videolar çəkmək olar. Bununla kamera blokunun funksionallığı bitmir. Əlavə olaraq cihazda 8 mpx ultra geniş bucaqlı, 2 mpx makro kamera və 2 mpx dərinlik sensoru mövcuddur. Dostlarınızla selfi yarada bilməyiniz üçün ön paneldə 13 mpx kamera yerləşdirilib.