2021-ci ildə Xiaomi yeni Poco modelini alıcı kütləsinə təqdim edib. Poco X3 Pro müştərilərimiz tərəfindən sevilən smartfonların siyahısında ön yerləri tutur. Ön korpus şüşədən hazırlanıb, Gorilla Glass 6 ilə cızıqlardan və zədələrdən qorunur. Əlavə olaraq cihazın korpusu su sıçramalarına davamlıdır və IP53 qorunma dərəcəsinə malikdir. Arxa korpus plastikdəndir. Yan hissələri mat, orta hissəsi hamardır. Nəticədə telefonun əldən düşmə ehtimalı azalıb. Arxa panelin üst hissəsində kameralar bloku var. Smartfonun üst hissəsində mikrofon, dinamik və İnfraqırmızı port mövcuddur. Alt hissəsində ikinci dinamik, mikrofon, Type-C və qulaqcıqlar üçün giriş var.
Barmaq izi skaneri güc düyməsinin üzərinə quraşdırılıb və səs düyməsi ilə bir yerdə yan tərəfdə yerləşdirilib. Digər tərəfdə 1 NanoSIM və 1 microSD kart üçün giriş var. Ehtiyac olduqda microSD kart üçün giriş ikinci SIM kart üçün istifadə edilə bilər.
Poco X3 Pro 6.67 düymlü IPS LCD ekranı gündüz açıq havada və axşam vaxtı qaranlıq otaqda rahat oxuna bilir. Rənglər parlaq və canlı təsvir edilir. Qualcomm Snapdragon 860 prosessor sayəsində real qrafikaya sahib oyunları rahat oynamaq olur.
Müassir prosessor və 8 GB operativ yaddaş sayəsində smartfonun işləməsi sürətlidir. Bütün tətbiqlər tez yüklənilir. Akkumulyatorun 5160 mAh tutumu sayəsində əlavə enerji toplamadan cihazdan üzün müddət ərzində istifadə etmək olar. Poco X3 Pro sürətli enerjini dəstəkləyir və 33 Vt adapter ilə 1 saat ərzində sərf edilən enerji tam olaraq bərpa edilir.
Poco X3 Pro telefonunun arxa korpusunda 48 mpx geniş bucaqlı, 8 mpx ultra geniş bucaqlı, 2 mpx makro kamera və 2 mpx-li dərinlik sensoru yerləşib. Kamera görüntüyə rəngləri dəqiq ötürür. Nəticədə canlı və dinamik şəkillər əldə olunur.
Xiaomi Poco X3 Pro kontakt.az onlayn mağazamızdan əldə etmək üçün tələsin. Cəmi 1 kliklə smartfonu zəmanətlə əldə edə bilərsiniz.