Xiaomi Mi TV Stick Smart TV funksiyalarına sahib olmayan televizorun imkanlarını genişləndirir. Cihaz HD və Full HD televizorlar üçün nəzərdə tutulub. TV Stick yığcam və inanılmaz dərəcədə funksionaldır. Məlumatın saxlanılması üçün 8 GB yaddaş mövcuddur. Cortex-A53 prosessor ən çox istifadə edilən video formatlarının təsvirini dəstəkləyir.
Xiaomi Mi TV Stick modeli Bluetooth dəstəkləyir. Beləliklə komplektasiyaya daxil pult və digər qurğular cihaza asanlıqla qoşulur. HDMI girişi ilə cihaz televizora birləşir. Enerji USB kabel və adapter vasitəsilə bərpa etmək olar. Televizorunuzda USB giriş mövcuddursa, kabeli televizora birləşdirib cihazın enerjisini artırmaq olar. Televizor divardan asılıbsa lazım olmayan naqillər interyerinizin görünüşünü pozmayacaq.
TV Stick işə salınan kimi əsas menyuya keçirsiniz. Üst hissədə Netflix, PrimeVideo, RedBul TV, Spotify, YouTube kimi tətbiqlər yerləşdirilib. Xiaomi Mi TV Stick Android əməliyyat sistemi üzərində işləyir. Beləliklə Play Market-ə daxil olub əlavə tətbiqlər və oyunlar yükləmək olar. Chromecast vasitəsilə smartfon və ya notbukun görüntüsünü televizorda təsvir edə bilərsiniz.
Cihaz Google Assistant-ın işini dəstəkləyir. Pultun üst hissəsində mikrofon yerləşir. Hər hansı bir məlumatı tapmaq lazımdırsa pultda Google Assistant düyməsinə basıb axtardığınızı deməyiniz kifayətdir. Sistem bir neçə saniyə ərzində məlumatı ekranda əks edəcək. Minimal düymə sayı istifadəni daha da asanlaşdırıb. Naviqasiya düymələrinə əlavə olaraq pultda Netflix, PrimeVideo və Google Assistant üçün sürətli keçid mövcuddur.