Braun Bt3221 trimmeri uzunluğu 10 mm qədər olan saqqala qulluq edin. Batareya 50 dəqiqə istifadə üçün nəzərdə tutulub. İti ülgüclərin materialı paslanmayan poladdır.
Sadə və eyni zamanda tələblərinizi yerinə yetirən bir trimmer axtarırsınızsa Braun Bt3221 modeli sizin üçündür. Bu model vasitəsilə ev şəraitində saqqalınızı səliqəli vəziyyətdə saxlaya biləcəksiniz. Bt3221 modeli batareya üzərində işləyir, beləliklə istifadə zamanı uzun naqil sizə mane etməyəcək. Batareyanın həcmi isə 50 dəqiqə fasiləsiz istifadə üçün nəzərdə tutulub. Bu da üzünüzə qulluq etmək üçün kifayət edəcək.
Saqqalın, bakenbardların və hətta boyun hissəsinin konturu üçün trimmer başlığından istifadə edin. Qısa saqqal saxlamağı sevirsinizsə trimmer tükləri 0.5 mm uzunluğunda kəsə bilir. Əgər daha uzun saqqal saxlayırsınızsa komplektasiyaya daxil əlavə başlıq sizə kömək edəcək. Onun vasitəsilə 1-10 mm uzunluqda olan saqqala qulluq etmək olar. Bu başlıq vasitəsilə hətta saç düzümünüzü səliqəyə sala biləcəksiniz.
Cihazın ülgücləri paslanmayan poladdan hazırlanıb və uzun müddətli istifadədən sonra belə itiliyini itirməyəcək. Ülgüclərin yüksək sürətlə hərəkət etməsi sayəsində trimmer istənilən qalınlıqda olan tükləri asanlıqla kəsir və dərini zədələmir. Korpusun materialı qara plastikdir. Parlaq yaşıl detallar cihazın görünüşünə unikallıq qatır. Hamar plastik əldə rahat yerləşir və suya davamlıdır. Trimmeri təmiz saxlamaq üçün onu su altında yaxalamağınız kifayətdir. Braun trimmeri barəsində daha çox məlumat əldə etmək istəyirsinizsə evinizdən çıxmadan video zəng vasitəsilə məsləhətçimizə qoşula bilərsiniz. Əməkdaşımız sizə kömək etməkdən məmnun olacaq.