Soyuducu HOFFMANN NF-176ID (Gümüşü)
Hoffmann NF-176ID ərzaqlarınızın uzun müddət ərzində təravətli saxlanılmasını təmin edir. Soyuducu Kontakt Home mağazalarında dəbli gümüşü rəngdə təqdim edilib. Cihaz ikikameralıdır və hər bir kameranın qapı istiqamətinin dəyişdirilməsi mümkündür. Dondurucu kamera aşağıda yerləşir və 121 litr tutumundadır. Daxilində 2 iri və 1 kiçik konteyner var. İstənilən məhsulları sürətli dondura biləcəksiniz.
Soyuducu kameranın həcmi 342 litrdir. 4 ədəd şüşədən rəflər və 1 konteyner mövcuddur. Qapıda əlavə olaraq 3 akril rəf və kiçik dispenser yerləşdirilib. Yayın qızmar günlərində sərin içkilərlə ailənizi sevindirmək üçün dispenserdən istifadə edin.
Hoffmann NF-176ID modelinin hündürlüyü 175.6 sm, eni 79.4 sm, dərinliyi 68.6 sm-dir. 463 litr toplam həcmi sayəsində böyük ailələrdə rahat istifadə edilə bilər. Cihaz aşağı səs səviyyəsi ilə işləyir - cəmi 43 dB. Soyuducu SN, T iqlim sinfinə aidir. Otaqda havanın temperaturu +10°C- +43°C arası olsa belə Hoffmann NF-176ID soyutma rejimində effektiv işləməyi davam edəcək.
No Frost əritmə sistemi soyuducunun təmizlənməsini asanlaşdırır və kamera daxilində buz əmələ gəlməsinin qarşısını alır. Beləliklə dəyərli vaxtınıza qənaət edəcəksiniz. Cihazın A+ enerjiistifadə sinfinə aid olması elektrik enerjinin səmərəli sərfiyyatını təmin edir.
Hoffmann NF-176ID modelinə 3 illik zəmanət təqdim edilir. Soyuducunun xüsusiyyətləri ilə tanış olmaq istəsəniz Kontakt.az onlayn mağazamıza daxil olun və canlı video məsləhətçiyə qoşulun. Əməkdaşımız bütün suallarınıza videocall vasitəsilə cavablayıb soyuducunun imkanlarını sizə nümayiş edəcək.