Samsung A52 qiyməti ilə maraqlanırsınız? Sərhədsiz Super AMOLED ekran, 4 ədəd kamera, 4500 mAh batareya və inanılmaz məhsuldarlıq Samsung A52-də birləşir.
Keyfiyyət, məhsuldarlıq və güclü kameralar deyəndə ağla ilk növbədə gələn brendlərdən biri Samsung olacaq. Sirr deyil ki şirkətin istehsal etdiyi Galaxy A smartfonları istifadəçiləri tərəfindən çox sevilir.
Görünüş və Ekran
Samsung Galaxy A52 günün istənilən vaxtı rahat oxunan Super AMOLED ekranla təchiz edilib. 800 nit parlaqlıqlı və Full HD+ keyfiyyəti sayəsində sevdiyiniz kontenti izləməkdən həzz alacaqsınız. Ekran Gorilla Glass 5-lə cızıqlardan qorunur.
Sədə görünüşü və möhkəm korpusu ilə seçilən A52 modelinin rəngi pastel mavidir. Üzərinə təsadüfən su tökülsə və ya yağış altına düşsəniz narahat olmayın. Smartfonun gövdəsi suya davamlıdır.
Kamera bloku
Müasir kamera sistemi Samsung A52 modelinə aydın və rəngarəng kardlar, makrofoto və panorama şəkilləri yaradmağa imkan yaradır. Optik stabilləşdirməli əsas kamera dinamik kadrları tarazlaşdırıb peşəkar keyfiyyətli video yarada bilir. Aktiv istirahəti sevirsinizsə növbəti səyahətinizə Galaxy A52-ni özünüzlə aparın. 12 meqapikselli ultra geniş kamera geniş görmə sahəsinə sahibdir. Onun köməkliyi ilə möhtəşəm panorama şəkilləri çəkə biləcəksiniz. Yaxın kadrlar üçün 5 meqapikselli makro kamera və ya dərinlik sensorundan istifadə edin.
Avtonomluq və Prosessor
Samsung smartfonunun 4500 mAh tutumlu batareyası uzun müddət video izləmək, oyun oynamaq, foto və fayllar paylaşmaq üçün kifayət edir. Gün ərzində telefonu həm iş tapşırıqlarının yerinə yetirilməsi, həm də sosial şəbəkələrinizi yoxlamaq, video izləmək, musiqi dinləmək üçün istifadə edin. Axşam evinizə qayıdanda 25 Vt adapter vasitəsilə cihazı cəmi 1 saat ərzində 100% qədər şarj etmək olar. Adi rejimdə bu enerji 2 gün istifadə üçün kifayət edə bilər.
Qualcomm Snapdragon 720G prosessoru Samsung Galaxy A52-ni yüksək sürətlə təmin edir. 4 GB operativ yaddaş isə prosessorun məhsuldarlığını daha da artırır. Tətbiqlər bir neçə saniyə ərzində işə salınır və bütün əməliyyatlar tez yerinə yetirilir.