Evinizdə rahat iqlim şəraitinin yaradılması üçün kondisioner seçimini düzgün etməlisiniz. Bu səbəbdən ilk öncə cihazın hansı məqsədlər üçün istifadə edəcəyinizi və hansı sahə üçün nəzərdə tutulacağını müəyyənləşdirməlisiniz. BOSCH B1ZMI12507 iqlim sisteminin 12000 BTU gücü kiçik sahəli otaqların tez bir zamanda soyudulması və isidilməsi üçün nəzərdə tutulub. Cihazın təsir sahəsi 30-40 m²-dır.
BOSCH B1ZMI12507 inverter tipli split sistemləri kateqoriyasına aiddir və iki blokdan ibarətdir. Xarici blokun ölçüləri 55.5 x 84.2 x 32.2 sm-dir. Daxili blokun ölçüləri isə 28.5 x 80.5 x 19.4 sm-dir. Yığcamlığı və dəbli dizaynı sayəsində istənilən otağın görünüşünə rahat uyğunlaşır. Cihazın səs səviyyəsi cəmi 41 dB-dir.
Kondisionerdə əsas iki iş rejimi mövcuddur: isitmə və soyutma rejimi. Soyutma rejimin effektiv işini R410A soyuducu maye sayəsində təmin edilir. Sözügedən soyuducu maye bir çox məşhur brendlər tərəfindən istifadə edilir və sağlamlıq üçün tamamilə təhlükəsizdir.
Split sisteminin sönmə və yanma vaxtını avtomatik olaraq təyin edə bilməyiniz üçün BOSCH B1ZMI12507 taymer ilə təchiz edilib. Gecə yuxuya gedəndən sonra kondisionerin avtomatik sönmə, və ya işdən sərin evə qayıda bilməyiniz üçün yanma vaxtını daxil edin. Qalan işi iqlim sistemi özü yerinə yetirəcək.
Əlavə olaraq cihazda qurutma və ventilyasiya funksiyaları var. Havada artıq nəmin aradan qaldırılması üçün qurutma rejimindən istifadə edin. Nəticədə otaqda normal rütubət yaradılacaq və həmçinin kif əmələ gəlməsinin qarşısı alınacaq. Ventilyasiya rejimi tavanda yığılan isti və soyuq havanın otaq boyunca bərabər paylayır. Nəticədə elektrik enerjiyə qənaət edilir, çünki ventilyasiya rejimi seçilən kimi isitmə və ya soyutma rejimi avtomatik söndürülür.
BOSCH B1ZMI12507 hissə-hissə almaq üçün Kontakt.az onlayn mağazamıza daxil olmanız kifayətdir. Daha sonra “Hissə-hissə” butonuna basıb sifarişi rəsmiləşdirin.