HUAWEI P Smart 2021 4/128 GB Black
Büdcəli smartfon axtarırsınız? HUAWEI P Smart 2021 4/128 GB modeli sizin üçün əla seçim ola bilər. Smartfon bütün müasir xüsusiyyətlərə sahibdir: sərhədsiz iri ekran, keyfiyyətli kameralar, tutumlu batareya, böyük yaddaş və s. Model Kontakt Home mağazalarında qara və yaşıl rənglərdə mövcuddur.
Telefonun arxa korpusu parlaq plastikdən hazırlanıb, üzərində kamera bloku yerləşdirilib. Ekran şüşədəndir. Üst orta hissədə kamera üçün O-şəkilli kəsik var. Korpusun yan sağ tərəfində səs və güc düymələri mövcuddur. Güc düyməsinin üzərində barmaq izi skaneri var. Sol tərəfdə iki NanoSIM və bir microSD kart üçün giriş yerləşdirilib. Beləliklə eyni anda iki SIM kart istifadə edə bilərsiniz. Üst hissəsində mikrofon, altda isə qulaqlıq və USB Type-C girişləri, ikinci mikrofon və dinamik mövcuddur. Smartfonun ölçüləri 165.7 x 76.9 x 9.3 mm, çəkisi 206 qramdır.
HUAWEI P Smart 2021 6.67'' düymlü IPS LCD ekrana sahibdir. Ekran həlli 1080 x 2400. Görüntü dinamikliyi və detallığı ilə seçilir. Rənglər dəqiq ötürülür. Displey xüsusi oleofob örtük sayəsində ləkələrdən qorunur.
Cihazın sürətli işini Kirin 710A prosessoru və 4 GB operativ yaddaş təmin edir. Smartfonun məhsuldarlığı yüksək səviyyədədir. Eyni anda messengerdə yazışa, müsiqiyə qulaq asa və xəritədən istifadə edə bilərsiniz. Bundan başqa ağır qrafikalı oyunlar da smartfonda problemsiz açılır və oyun zamanı ekran donmur. HUAWEI P Smart 2021 modeli 5000 mAh tutumlu batareyaya sahibdir. Sürətli enerji yığma dəstəklənir. Dinamik həyat tərzi sürən insanlar bu telefonu çox sevəcəklər. 22.5 Vt adapterlə cihazın enerjisi tez bərpa edilir. 128 GB daxili yaddaş sayəsində isə ən vacib məlumat daim yanınızda olacaq.
Müasir kameralar sayəsində günün istənilən vaxtı, zəif işıqlandırma şəraitində belə möhtəşəm kadrlar yaradacaqsınız. Arxa korpusda smartfonun 48 meqapikselli əsas kamera, 8 meqapikselli geniş bucaqlı kamera, 2 meqapikselli makro kamera və 2 meqapikselli dərinlik sensoru yerləşdirilib. Ön paneldə 8 meqapikselli selfi kamera mövcuddur.
HUAWEI P Smart 2021 4/128 GB modelini evinizə kimi çatdırılma ilə sifariş etmək istəyirsiniz? Kontakt.az onlayn mağazamıza daxil olub “Nağd al” düyməsinə basın və əməkdaşımız sifarişi ən qısa zamana sizə çatdıracaq.