Sürətli qaynama üçün yastı qızdırıcı element
Suyun qaynayıb buxarlanmasının qarşısını alan sistem
Çaydanı yandıran kimi açar işıqlandırılır
Paslanmayan poladdan hazırlanan quraşdırılmış qızdırıcı element sürətli qaynamanı və asan təmizlənməni təmin edir.
Suyun qaynayıb buxarlanmasının qarşısını almaq üçün kompleksli təhlükəsizlik sistemi. Su qaynamamağa başlayan kimi avtomatik sönmə funksiyası işə salınır.
Siz çaydanı işə salan kimi açar işıqlandırılacaq.
Rahat su səviyyəsi indiqatoru
Bir fincan su indiqatoru lazım olan su miqdarının qaynadılmasını təmin edir
Rahat təmizlənməsi üçün açılan yaylı qapaq
Çaydanın yan hissəsində yerləşən indiqator su səviyyəsinə nəzarət edə bilməyiniz üçün imkan yaradır.
Lazım olan miqdarda su qaynatdığınız zaman elektrik enerjisinə və suya qənaət edərək ətraf mühiti qoruyursunuz.
Qapaq düymə vasitəsilə asanlıqla açılır, bu da buxarla təması istisna edir. Geniş dəlik çaydanı asanlıqla təmizləmək üçün imkan yaradır.
Suyun asan doldurulması
360° fırlanan altlığa malik naqilsiz çaydan
Naqilin asanlıqla yığılması və saxlanılması üçün çarx
Çaydanı lüləkdən və ya qapağını açıb doldurmaq olar.
Rahat istifadə edə bilməyiniz üçün altığın üzərində 360° fırlanan naqilsiz çaydan.
Naqili altlığın alt hissəsində yerləşən çarx ətrafına dolayıb onun uzunluğunu tənzimləmək olar.
Kiçik ərp hissəciklərini tuta bilən mikrofiltr
Çaydanın lüləyində çıxarılan mikrofiltr yerləşir. Suyun daim təmiz qalması üçün filtr 200 mikron ölçülü ərp hissəciklərini belə tuta bilir.