Müasir zamanda evinizin təmizliyini ağıllı texnikaya həvalə edə bilərsiniz. Dinamik həyat tərzi sevənlər, iş adamları, böyük ailə sahiblərinin əvəzolunmaz köməkçisinə çevriləcək robot tozsoran Xiaomi SKV4136GL modelini sizə təqdim edirik. Bu balaca cihazın sayəsində təmizlik rutininiz asanlaşacaq. Sadəcə tozsoranı işə salın və digər işlərinizlə rahat məşğul ola bilərsiniz.
Robot tozsoranın klassik ağ rəngdədir. Korpus zərbələrə davamlı möhkəm plastikdən hazırlanıb. Cihazın 14 Vt gücü 120 m2 sahənin quru və nəm təmizliyi üçün nəzərdə tutulub. Tozsoranın üst hissəsi qapaq kimi açılır. Qapağın üstündə güc düyməsi yerləşdirilib, altında isə su üçün rezervuar və toz konteyneri mövcuddur. Toz qabının həcmi 0.42 litrdır. Korpusun yan hissələrində lidar skaneri və dinamiklər yerləşdirilib. Dinamiklər vasitəsilə istifadəçiyə səsli bildirişlər təsvir edilir. Cihazın alt hissəsində yan və əsas fırçalar və təkərlər mövcuddur. Robot tozsoran asanlıqla döşəmədən xalça üzərinə çıxa bilir. Üstəlik xalçada onun sovurma gücü avtomatik olaraq artırılır. Beləliklə keyfiyyətli təmizlənmə təmin edilir. Tozsoran 25 Vt sovurma gücünə sahibdir və ən xırda qırıntını belə asanlılqla sovurur.
Robot tozsoranın batareyası 90 dəqiqə ərzində təmizlik üçün kifayətdir. Sərf edilən enerji 5 saat ərzində tamamilə bərpa edilir. Xiaomi SKV4136GL sakit işləyir, onun səs səviyyəsi cəmi 69 dB-dir. Smartfonunuza xüsusi mobil tətbiqini yükləyib onu idarəetmə pultu kimi istifadə edə bilərsiniz.
Xiaomi SKV4136GL modelinə cəmi 1 klikə sahib olun! Bunun üçün Kontakt.az onlayn mağazamıza daxil olmanız kifayətdir!