Realme C11 smartfonu 2 ədəd nanoSIM və 1 microSD kart üçün slotla təchiz edilib. Smartfon Unisoc SC9863A prosessora malikdir. Operativ yaddaş 2 GB, daxili yaddaş 32 GB-dır.
Parlaq korpusa malik smartfonları sevirsinizsə Realme C11 sizin üçündür. Cihaz böyük həcmli batareyaya, 8 meqapikselli əsas kameraya və 32 GB daxili yaddaşa malikdir. İş və şəxsi nömrələrinizi eyni anda istifadə edə bilməyiniz üçün 2 ədəd nanoSIM, 1 ədəd microSD kart üçün slot var.
Görünüş və Ekran
Smartfonun korpusu mavi plastikdən hazırlanıb. Alt hissədə mikrofon, 3.5 mm qulaqlıq üçün giriş və MicroUSB girişi mövcuddur. Arxa paneldə müasir görünüşə sahib kamera bloku və dinamik yerləşdirilib. Kamera blokuna 8 meqapikselli əsas kamera ilə fləş daxildir.
Ön tərəfdə 6.52” düymlü IPS LCD displey və üzərində 5 meqapikselli kamera yerləşdirilib. Ekran toxunuşlara həssasdır və görüntünü parlaq ötürür. Smartfonun ölçüləri isə onun bir əllə idarə edilməsi və kontentin rahat izlənilməsi üçün imkan yaradır.
Məhsuldarlıq və Avtonomluq
Realme C11 smartfonunda Unisoc SC9863A prosessor quraşdırılıb. 2 GB operativ yaddaş tətbiqlərin çevik işə salınmasına kömək edir. Brauzerdə eyni zamanda bir neçə pəncərə aça, xəbər lentini sürətli sürüşdürə biləcəksiniz. Məlumatın saxlanılması üçün 32 GB daxili yaddaş ayrılıb.
Smartfon yüksək avtonomluğu ilə seçilir. Bunun səbəbi 5000 mAh həcmli batareyaya bağlıdır. Dostlarınıza və yaxınlarınıza mesajlar, foto və videolar göndərə, onlayn videolara baxa, sosial şəbəkələri izləyə bilərsiniz – Realme C11 batareyanın enerjisini növbəti günə qədər saxlayacaq.