Epson L3100 (C11CG88401-N) çoxfunksiyalı qurğu ilə sizi tanış edək. Cihazın əsas funksiyalarına çap, kopyalama və skan daxildir. Epson L3100 çox yığcamdır. Eni 37.5 sm, dərinliyi 34.7 sm, hündürlüyü isə 17.9 sm-dir. Cəmi 3.9 kq çəki sayəsində ehtiyac olduqda cihazın yerini asanlıqla dəyişə bilərsiniz. Korpus relyeflidir və keyfiyyətli mat plastikdən hazırlanıb. Üst hissədə sadə idarəetmə paneli yerləşdirilib.
Cihazda xüsusi “Key Lock” mürəkkəb doldurma sistemi quraşdırılıb. Bu sistem vasitəsilə mürəkkəb mövcud 4 konteynerə (1 qara, 3 rəngli) dəqiq və rahat doldurulur. “Ink Lock” qapaq sayəsində isə mürəkkəbin təsadüfən kənara tökülmə ehtimalı aradan qaldırılır. Epson L3100 Çap Fabriki maksimal A4 format üçün nəzərdə tutulub. Çapın maksimal nöqtələrin sayı 5760 x 1440 dpi-dir. Üst hissədə yuxarı çəkilən 100 vərəq tutumuna sahib yükləmə qabı yerləşdirilib. Kağızın çıxardılması isə 30 vərəqdir.
Cihazlarınızı USB vasitəsilə Epson L3100 modelinə asanlıqla qoşa bilərsiniz. Bu model həm ofis, həm də evdə istifadə üçün nəzərdə tutulub. Cihaz Windows və OS X əməliyyat sistemlərini dəstəkləyir. Ağ-qara və rəngli çap ilə yanaşı cihaz A4 formata qədər fotoşəkilləri də çap edə bilir. Epson Micro Piezo texnologiyası sizi keyfiyyətli və sürətli çap ilə təmin edir.
Epson L3100 printerini 1 illik zəmanətlə əldə edə bilərsiniz. Kontakt.az onlayn mağazamıza daxil olub məhsulu sifariş edin. Daha çox məlumat əldə etmək üçün "Canlı video məsləhətçi" xidmətindən istifadə edin. Əməkdaşımız cihazın bütün imkanları ilə video zəng vasitəsilə sizi tanış edəcək.