Kataloq
Seçilənləri sil
Filtr
Tətbiq et
Qiymət
İstehsalçı
Qoşulma növü
Səssiz düymələr
Düymələrin sayı
DPI
Növ
Gaming Mouse Hyperx Pulsefire Haste 2 Mini Black WL / 7D388AA
Gaming Mouse Hyperx Pulsefire Haste 2 Mini Black WL / 7D388AA
199,99 ₼179,99 ₼ 0% 12 ay
Gaming Mouse Alienware WL AW620M Lunar Light  / 545-BBFC
Gaming Mouse Alienware WL AW620M Lunar Light / 545-BBFC
199,99 ₼179,99 ₼ 0% 12 ay
Gaming Mouse Alienware Wl AW620M Dark Side Of The Moon / 545-BBFB
Gaming Mouse Alienware Wl AW620M Dark Side Of The Moon / 545-BBFB
199,99 ₼179,99 ₼ 0% 12 ay
Mouse Logitech MX Anywhere 3S Graphite
Mouse Logitech MX Anywhere 3S Graphite
199,99 ₼179,99 ₼ 0% 12 ay
Gaming Mouse HyperX Pulsefire Dart  WL Black 4P5Q4AA
Gaming Mouse HyperX Pulsefire Dart WL Black 4P5Q4AA
199,99 ₼179,99 ₼ 0% 12 ay
Mouse Logitech MX Anywhere 3 Rose
Mouse Logitech MX Anywhere 3 Rose
199,99 ₼174,99 ₼ 0% 12 ay
Mouse Logitech MX Anywhere 3 Graphite
Mouse Logitech MX Anywhere 3 Graphite
199,99 ₼174,99 ₼ 0% 12 ay
Gaming mouse Logitech G502 X White USB
Gaming mouse Logitech G502 X White USB
179,99 ₼164,99 ₼ 0% 12 ay
Gaming mouse Logitech G502 X Black USB
Gaming mouse Logitech G502 X Black USB
179,99 ₼164,99 ₼ 0% 12 ay
Gaming Mouse Steelseries Aerox 5 / 62401_SS
Gaming Mouse Steelseries Aerox 5 / 62401_SS
189,99 ₼159,99 ₼ 0% 12 ay
Mouse Lenovo Gaming Legion M600S QI WL GY51H47355
Mouse Lenovo Gaming Legion M600S QI WL GY51H47355
189,99 ₼159,99 ₼ 0% 12 ay
Gaming mouse Asus ROG Strix Carry
Gaming mouse Asus ROG Strix Carry
189,99 ₼159,99 ₼ 0% 12 ay
Gaming mouse Asus ROG Chakram Core
Gaming mouse Asus ROG Chakram Core
189,99 ₼159,99 ₼ 0% 12 ay
Gaming mouse COUGAR surprassion RX black WL / CGR-SURRX
Gaming mouse COUGAR surprassion RX black WL / CGR-SURRX
169,99 ₼149,99 ₼ 0% 12 ay
Gaming Mouse Logitech G403 Hero
Gaming Mouse Logitech G403 Hero
167,99 ₼149,99 ₼ 0% 12 ay
Gaming mouse Razer DeathAdder V2
Gaming mouse Razer DeathAdder V2
169,99 ₼149,99 ₼ 0% 12 ay
Gaming Mouse Logitech G502 Hero
Gaming Mouse Logitech G502 Hero
169,99 ₼149,99 ₼ 0% 12 ay
Mouse JLab Epic Black / IEUMEPICMOUSERBLK124
Mouse JLab Epic Black / IEUMEPICMOUSERBLK124
199,99 ₼139,99 ₼ 0% 12 ay
Gaming mouse HyperX Pulsefire Haste 2 Wired White 6N0A8AA
Gaming mouse HyperX Pulsefire Haste 2 Wired White 6N0A8AA
159,99 ₼129,99 ₼ 0% 12 ay
Gaming Mouse Asus Gladius II Core
Gaming Mouse Asus Gladius II Core
149,99 ₼124,99 ₼ 0% 12 ay

Mouse sözü kompüterin siçanı anlamına gəlir. Kompüterlər üçün istifadə edilən ən geniş yayılmış giriş cihazlarından biridir. Mouse fərdi kompüterlərin yaranmasından bəri istifadəçilərə ekran üzərindəki əməliyyatları icra etmək imkanı verir.  Mouse, istifadəçi təcrübəsinin əsas hissəsidir və müxtəlif modellər vasitəsi ilə fərqli istifadəçi ehtiyaclarını qarşılayır. Ehtiyaclarınıza uyğun ən yaxşı mouse-u seçmək üçün, funksiyaları, texnologiyaları və dizaynları müqayisə etmək faydalı ola bilər. Mouse-un əsas vəzifəsi, kompüter istifadəçilərinə qrafik istifadəçi interfeysi ilə rahat və qarşılıqlı əlaqə qurmaq imkanı verməkdir. İstifadəçilər bu cihaz vasitəsilə kompüter ekranında kursoru hərəkət etdirə, obyektləri seçə, sürükləyə və buraxa bilər. Bununla yanaşı, mouse düymələrinin kliklənməsi vasitəsilə faylları açmaq, proqramları işə salmaq, menyulara giriş etmək və digər əmrləri icra etmək mümkündür. Müasir mouse modelləri həmçinin əlavə düymələr və xüsusiyyətlər təklif edir ki, bu da istifadəçilərə daha geniş funksionallıq və sürətli əməliyyatlar üçün imkanlar açır.

Mouse seçimi edərkən nəzərə alınması lazım olan əsas amillər hansıdır?

Mouse seçimi zamanı nəzərə alınması lazım olan bir sıra əsas faktor var. Birincisi Mouse-lar adətən USB, Bluetooth və ya RF  kimi simsiz qoşulma növü ilə təchiz edilir. Sizin iş mühitinə və mobil olmaq ehtiyacınıza əsasən, uyğun qoşulma növünü seçmək mühümdür. İkincisi  DPI  göstəricisi nə qədər yüksək olarsa, mouse-da o qədər həssas olar. Qrafik dizayn və oyun kimi tələbkar tətbiqlər üçün yüksək DPI göstəricisi olan mouselar məsləhətdir. Üçüncüsü uzun müddət istifadə üçün mouse-un ələ rahat oturması çox önəmlidir. Ergonomik dizaynlar əl yorğunluğunu və mümkün sağlamlıq problemlərini azaltmağa kömək edir.Dördüncüsü standart üç düymədən (sol, sağ və orta təkər) başqa, əlavə proqramlaşdırıla bilən düymələr xüsusilə oyun və peşəkar tətbiqlər üçün faydalı ola bilər. Düymələrin konfiqurasiyası sizin iş axınınıza uyğun olmalıdır. Mouse-un istifadə ediləcəyi səth növü də önəmlidir. Bəzi mouse-lar sürüşkən səthdə və şüşə üzərində işləmək üçün uyğun deyil. Buna görə səth seçiminizə uyğun mouse modelini seçmək vacibdir.  Əgər kabelsiz mouse seçirsinizsə, batareya ömrünü nəzərə almalısınız. Uzun batareya ömrü olan modellər daha az şarj ehtiyacı ilə daha çox rahatlıq təmin edir. Bəzi oyunçular və iş yerinə estetik bir görünüş arzu edən istifadəçilər üçün mouse-un işıqlandırması və dizaynı da mühüm rol oynayır. Bu amillərə diqqət etməklə, bizim təqdim etdiymiz modellər siyasindan zövgünüzə və şəxsi tələblərnizə ən uyğun mouse-u seçə bilərsiniz. Düzgün mouse seçimi kompüterinizlə qarşılıqlı əlaqənizi xeyli yaxşılaşdıracaq. Mouse seçimi, sadəcə texniki parametrlərə əsaslanmamalı, həmçinin şəxsi rahatlıq və sağlamlıq məsələlərini də nəzərə almalıdır. Uzun müddətli istifadə üçün uyğun mouse, əl yorğunluğunu və digər mümkün əl və bilək problemlərini azalda bilər. İdeal mouse seçimi, sizi daha effektiv və rahat hiss etdirəcək. Nəticədə işlərinizi daha sürətli və daha az səy göstərməklə yerinə yetirə biləcəksiniz. Hər bir xüsusiyyəti və funksionallığı öz tələblərinizə uyğunlaşdırmaqla, kompüter təcrübənizi maksimum dərəcədə şəxsi və optimal edə bilərsiniz.

Mousu təsvir edərkən bir necə əsas parametrləri varki onlar haqqında ətraflı danışmaq lazımdır:

1. Növ: Kontakta əldə edəcəyniz mouse-lar adətən iki növə bölünür: standart və oyun. Standart mouse-lar gündəlik görəcəyiniz bütün işlərin öhdəsindən rahatlıqla gəlir.  Oyun mouse-ları isə peşəkar oyunçular üçün nəzərdə tutulub. Oyun mausları oyun costikları kimi  əlavə proqramlaşdırıla bilən düymələrə malikdir. Oyundakı hər hansı bir dəyişikliyə tez cavab vermək üçün düymələrə toxunmaq kifayyətdir. 

2. Düymələrin sayı: Mouse cihazlarında düymələrin sayı, modeldən modelə dəyişir və istifadəçinin tələblərinə uyğun olaraq fərqli funksional imkanlar təklif edir. Standart mouse modelləri adətən üç düyməyə malikdir: sol klik, sağ klik və orta təkər (scroll wheel). Sol klik əsas seçim və tətbiq etmə əməliyyatları üçün, sağ klik kontekst menyularını açmaq üçün, orta təkər isə səhifələri aşağı və yuxarı sürüşdürmək üçün istifadə olunur. Bəzi mouse modelləri, xüsusilə oyun mouse-ları, əlavə proqramlaşdırıla bilən düymələrə sahibdirlər. Bu düymələr, istifadəçilərin müxtəlif makro əməliyyatlarını və ya tez-tez istifadə edilən komandaları rahat yerləşdirməsinə imkan verir. Oyun mouse-ları tez və effektiv reaksiyalar tələb edən oyunlar üçün yüksək DPI ayarları və birdən çox proqramlaşdırıla bilən düymələr ilə təchiz edilir. Bu düymələr sayay baximindan 5-dən 12-ə qədər dəyişə bilir. Bu düymələr oyunçulara oyun zamanı manevrlar etməklə böyük üstünlüklər qazanmağa şərait yaradır. Ergonomik mouse-lar, uzun müddətli istifadə zamanı əl və bilək yorğunluğunu azaltmaq məqsədi ilə xüsusi yerləşdirilmiş düymələrə sahibdir. Bu düymələr, istifadəçinin əlinin təbii formasına uyğun olaraq dizayn edilmişdir. Mouse-ların düymələri istifadəçilərin ehtiyaclarına uyğun olaraq dizand edilir və fərqli əmirləri yerinə yetirlər.

3. DPI:  DPI (Dots Per Inch) mouse-nun həssaslığını və dəqiqliyini ölçən bir parametrdır. DPI mouse-da sensorunun bir inch (2.54 sm) məsafədə neçə nöqtəni (pixel) tanıya biləcəyini göstərir. DPI dəyəri nə qədər yüksək olarsa, mouse o qədər həssas olur və kursorun ekran üzərindəki hərəkəti daha dəqiq edir. Yüksək DPI dəyərlərinə malik mouse-lar, xüsusilə qrafik dizayn və oyun kimi sahələrdə istifadə üçün münasibdir, çünki bu cür işlər daha yüksək dəqiqlik və həssaslıq tələb edir. Müasir mouse-ların çoxunda DPI dəyişdirilə bilən düymə var. Bu xüsusiyyət istifadəçilərə fərqli işlər üçün DPI dəyərini tez və asan şəkildə dəyişməyə imkan verir. Məsələn, oyun oynayarkən yüksək DPI, mətn redaktə edərkən isə aşağı DPI istifadə edilə bilər. Oyun mouse-ları, adətən çox yüksək DPI dəyərlərinə (1000 DPI-dan başlayaraq 16000 DPI və daha çox) malikdirlər. Bu, oyunçulara hər hansısa həyacanlı məqama daha sürətli və dəqiq reaksiya vermək imkanı verir. Çox yüksək DPI dəyərləri, bəzən istifadəçilərdə əl yorğunluğuna səbəb ola bilər. Buda daha kiçik hərəkətlər mouse-nun daha çox hərəkət etməsinə səbəb olur. Bu səbəbdən DPI ayarını şəxsi rahatlıq səviyyənizə uyğun tənzimləməniz məsləhət görülür. DPI dəyəri yalnız bir mouse-nun keyfiyyəti haqqında məlumat vermir, buna görə də mouse seçimi edərkən DPI dəyərinə əlavə olaraq, mouse-nun digər xüsusiyyətlərini, o cümlədən sensorun növünü, düymələrin sayını və ergonomiyasını(özündə birləşdirən funksilarnı) da nəzərə almalısınız. Mouse-larda DPI həssas və effektiv işləmə imkanı təklif etdiyinə görə, istifadəçilərin ehtiyaclarına uyğun olaraq müxtəlif DPI ayarlarına sahib bir modeli seçmək məqsədəuyğudur. 

4. İşıqlandırma: Mouse-larda işıqlandırma əsasən estetik və funksional məqsədlər üçün tətbiq edilən bir xüsusiyyətdir. Müasir mouse modelləri, xüsusilə oyun mouse'ları, fərqli rənglərdə və effektlərdə LED işıqlandırmalarla təchiz edilir. Mouse-larda işıqlandırma cihazın vizual cəlb ediciliyini artırır. Rəngli işıqlar və dinamik effektlər, xüsusilə oyun mühitində, istifadəçilərin məkanını daha mistik və maraqlı etmək imkanı yaradır. Bəzi mouse modelləri işıqlandırma vasitəsi ilə mouse-un hansına parametr göstərcisinin xüsusiyyətini bildirir (məsələn, DPI səviyyəsini və ya batareyanin faizini).  Oyun mouse-larında işıqlandırma oyunçunun statusunu və ya rejimlərini əks etdirə bilər. Məsələn, müxtəlif oyun profilləri müxtəlif rənglərdə işıqlandırma ilə göstərilə bilər. İşıqlandırma, qaranlıq mühitlərdə mouse daha asan görünməsini və idarə edilməsini təmin edərək istifadə rahatlığını artırır. İstifadəçilər adətən mouse işıqlandırmasını öz zövqlərinə uyğun olaraq xüsusi proqramlar vasitəsilə tənzimləyə və fərdiləşdirə bilərlər. Bu funksiya xüsusilə oyunçular arasında çox populyardır. Mouse-larda işıqlandırma funksiyası həm praktiki, həm də estetik üstünlüklər təklif edir və müxtəlif istifadəçi tələblərini qarşılaya bilər. Bu funksiya xüsusilə oyun və texnologiya həvəskarları arasında çox məşhurdur.

5. Uyğun olan ƏS. Mouse-ların müxtəlif əməliyyat sistemləri (ƏS) ilə uyğunluğu bu cihazların geniş funksionallığını və müxtəlif platformalarda istifadə imkanlarını göstərir. İstifadəçilər əməliyyat sistemlərinə uyğun mouse seçərkən, əməliyyat sistemlərinin xüsusiyyətlərini və mouse-ların dəstəklənib dəstəklənməsini nəzərə almalıdırlar. Windows, ən geniş yayılmış əməliyyat sistemlərindən biridir və demək olar ki, bütün mouse modelləri ilə uyğunluq təklif edir. Windows sistemləri USB və Bluetooth vasitəsilə bağlanan standart və oyun mouse-ları dəstəkləyir. Apple'ın macOS sistemləri də çox sayda mouse modeli ilə uyğundur. Lakin bəzi xüsusi Apple xüsusiyyətləri yalnız Apple'ın öz Magic Mouse kimi məhsulları ilə tam olaraq işləyir. macOS xüsusilə Bluetooth və USB mouse-larını dəstəkləyir. Linux əməliyyat sistemləri açıq mənbəli olduğna görə çox sayda hardware ilə uyğunluq təklif edir. Google-ın Chrome OS-i, cloud əsaslı tətbiqlər üçün nəzərdə tutulmuşdur və əksər USB və Bluetooth mouse modellərinə uyğundur. Chromebook cihazları adətən məktəblər və iş yerləri üçün istifadə edilir və sadə USB mouse-larla rahat işləyir. Mouse seçərkən, əməliyyat sistemi ilə uyğunluğunu yoxlamaq çox vacibdir. Mouse ƏS uyğun olarsa bu cihazın düzgün işləməsi və bütün funksiyaların əlçatan etməsi deməkdir. 

6. Qoşulma növü: Mouse-ların qoşulma növləri, onların kompüter və digər cihazlarla necə əlaqə qurduqlarını təsvir edir. Müxtəlif qoşulma növləri müxtəlif istifadə məqsədləri üçün üstünlüklər və məhdudiyyətlər təklif edir. USB qoşulması ən çox yayılan və ən rahat qoşulma üsuludur. USB qoşulması vasitəsilə mouse, kompüterə USB portu ilə birləşdirilir. Bu qoşulma növü yüksək etibarlılıq və asan quraşdırma təklif edir. USB mouse-lar həmçinin yüksək ötürmə sürətinə malikdir, bu da onları oyun və professional işlər üçün uyğun edir. Kabelsiz bir əlaqə üsulu olan Bluetooth qoşulma, mouse-ların kompüter və ya digər cihazlarla simsiz bağlantı qurmasına imkan verir. Bluetooth mouse-lar əlaqə azadlığı təklif edir və iş mühitini daha səliqəli edir. RF (Radio Frequency) qoşulması kabelsiz xüsusi bir RF qəbuledici ilə işləyir ki, bu da USB portuna qoşulur. RF mouse-lar adətən yüksək etibarlılıq və məsafədən idarə imkanı təklif edirlər. RF əlaqəsi Bluetooth-a nisbətən daha sabit və sürətli ola bilər, lakin qəbuledici itsə mouse-un  istifadəsi mümkün olmayacaq.Köhnə texnologiya olan infrared (İR), işığın görünməyən spektrindən istifadə edərək cihazlar arası məlumat ötürməyə imkan verir. Lakin, bu texnologiya müasir mouse-larda nadir hallarda istifadə olunur, çünki o, qarşılıqlı görünüş tələb edir və nisbətən yavaşdır. Mouse seçimi zamanı qoşulma növünü nəzərə almaq mühümdür, çünki bu, mouse-nun işləm mühitinizdə necə inteqrasiya olunacağını və rahatlığını təyin edir. Simsiz mouse-lar azadlıq təklif etsə də, bəzi professional və oyun tətbiqləri üçün daha yüksək reaksiya sürəti və etibarlılıq tələb edir ki, bu halda USB mouse daha uyğun seçim ola bilər.

7. Səssiz düymələr: Mouse-da səssiz düymələr klik zamanı az səs çıxaran xüsusi dizayna malik düymələrdir. Bu düymələr iş yerində və ya digər səssizlik tələb olunan məkanlarda istifadə üçün idealdır. Onlar klik səslərini minimuma endirir. Səssiz mouse düymələri  kompüter istifadə edən şəxslərin gecə vaxtı digər ev sakinlərini narahat etməmsi üçün də əla seçimdir. Bu düymələr adətən yüngül və rahat klik hissi təmin edən xüsusi mexanizmlərlə təchiz edilirlər. Səssiz mouse-lar uzun müddətli istifadədə əlavə rahatlığı da təmin edir, çünki tez-tez klikləmək çox vaxt yorucu olur. Kontakt da səssiz mouse modelləri geniş çeşiddə mövcuddur. Bu da istifadəçilərə öz ehtiyaclarına uyğun modeli seçmək imkanı verir. Ümumilikdə, səssiz mouse düymələri, istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün dizayn edilmiş effektiv bir xüsusiyyətdir ki, iş mühitində və evdə sükunət yaratmağa köməklik edir.

Optik yoxsa Lazer sensorlu mouselar: Sizin üçün hansı mouse daha uyğundur? 

Kontakt Home-un mağazalarında və saytında mouse -lar sensorun növünə görə iki qrupa bölünür:

1. Optik: Optik mouse-lar mouse pad üzərindəki hərəkətləri aşkar etmək üçün işıq diodları (LED) və optik sensorlardan istifadə edən müasir cihazlardır. Optik mouse-lar, altlarında yerləşdirilmiş kiçik bir işıq mənbəyindən (adətən qırmızı LED) və foto detektordan istifadə edərək işləyir. İşıq səthə vurur və sensor tərəfindən qaytarılan işığın şəkli analiz edilərək mouse-nun hərəkəti hesablanır. Optik mouse-lar, köhnə mexanik mouse-lara nisbətən daha dəqiq və etibarlıdır. Onlar səthdəki kiçik dəyişiklikləri belə aşkar edə bilir, bu da daha həssas kursor idarəetməsi imkanı yaradır. Optik mouse-ların əksəriyyəti müxtəlif növ səthlər üzərində işləyə bilir. Lakin sürüşkən və şüşə kimi səthlərin üzərində həssaslığı zəifləyə bilər. İdeal iş üçün sürüşkən olmayan və düzgün mouse pad-lər tövsiyə olunur. Optik mouse-lar mexanik mouse-lara nisbətən daha az təmizlik və baxım tələb edir. Onlar toz və kiriklərin toplanmasına meylli deyillər, çünki hərəkət edən hissələr yoxdur. Optik mouse-lar adətən, az enerji istehlak edir və batareyalı modelləri uzun müddət işləyə bilər. Optik mouse-ların texnologiyaları daha mürəkkəb olduğu adi mouse-lardan nisbətən bir qədər daha bahalı ola bilər. Lakin, geniş istifadə sahələri və uzunömürlülükləri ilə qiymətlərini doğruldurlar.Optik mouse-lar həm ənənəvi ofis işləri üçün, həm də oyun və professional qrafik dizayn işləri kimi tələbkar tətbiqlər üçün uyğundurlar.Optik mouse-lar  kompüter istifadəçilərinə yüksək dəqiqlik və rahatlıq təmin edən cihazlar kimi  qəbul edilillər. Onlar sadə istifadəçilərdən başlayaraq peşəkar qrafik dizaynerlərə və oyunçulara qədər hər kəs üçün əlverişli modellərdən seçim etmək imkanı təqdim edir.

2. Lazer: Lazer mouse-lar mouse texnologiyasında daha yeni bir yenilikdir və adi optik mouse-lardan fərqli olaraq lazer diodlarından istifadə edir. Lazer mouse-ların iş prinsipi optik mouse-lara bənzəsə də, işıq mənbəyi olaraq LED əvəzinə lazer istifadə edilməsi onları daha dəqiq və səthlər üzərində daha yaxşı işləməyə şərait yaradır. Lazer mouse-lar adi optik mouse-lara nisbətən daha yüksək DPI dəyərlərinə malikdir. Bu, onların daha dəqiq və həssas hərəkətləri qeyd etməsinə imkan verir. Bu da xüsusilə qrafik dizayn və oyun kimi tələbkar tətbiqlər üçün faydalıdır. Lazer mouse-lar  sürüşkən və şüşə kimi səthlərdə daxil olmaqla müxtəlif növ səthlər üzərində qüsursuz işləyir. Bu xüsusiyyət onları daha universial və müxtəlif iş mühitlərində istifadəyə uyğun edir. Lazer mouse-lar optik mouse-lara nisbətən bir qədər daha çox enerji sərf edə bilər, bu da onların batareya ilə işləyən versiyalarının şarj müddətinə təsir edə bilər.

Lazer mouse-lar daha mürəkkəb texnologiyaya malik oldukları üçün, adətən, optik mouse-lardan daha bahalıdır. Qiymət istehsalçıya və əlavə xüsusiyyətlərə bağlı olaraq dəyişə bilər. Yüksək dəqiqlik və səthlər üzərindəki geniş uyğunluq onları həm oyunçular, həm də peşəkar dizaynerlər üçün populyar seçim edir.

Mouse modellərinin qiymətləri nə qədərdir? 

Bizdə  mouse modellərinin qiymətləri müxtəlif amillərə görə dəyişir, məsələn marka, model və texniki xüsusiyyətlər. Ümumiyyətlə, sadə ofis mouse-ları daha ucuz olur, halbuki qabaqcıl oyun mouse-ları daha bahalıdır. Hal-hazırda öz tələblərnizə uyğun olaraq 6 azn-dən  360 azn civarında istədiyiniz modeli ala bilərsiniz. Kontakt mouseların bredlərindən aslı olaraq 1 aydan 1 ilə kimi zəmanıt təqdim edir. Həmçinin siz mouse-ları bizdən alarkən 18 aya kimi faizsiz kreditlə və ya nəğd şəkildə əldə edə bilərsiniz. 
Qeyd: Bu məlumat mətnin oxuma tarixinə əsasən öz dəqiqliyini itirmiş ola bilər. 

 

Video consulting
LifeChat consulting
Video consulting
Mobile consulting container 1

Hesab və ayarlar

Aylıq Ödəniş
Əlaqə:: *6060
Şifrənin sıfırlanması

Şifrəni sıfırlamaq üçün e-poçtunuzu daxil edin.

Xəta baş verdi. Bizimlə support@kontakt.az yazıb, əlaqə saxlamağınız xahiş olunur.
Şifrəni təyin etmək

Şifrə dəyişdirilib
Yeni şifrə ilə hesabınıza daxil ola bilərsiniz
Qeydiyyatdan keçmisiniz?
Qeydiyyatı tamamlamaq üçün sizin e-poçt ünvanına link göndərilib. Lütfən, e-ünvanızı təsdiqləyin.
E-mail göndərilib
Qeydiyyatı tamamlamaq üçün sizin e-poçt ünvanına link göndərilib. Lütfən, e-ünvanızı təsdiqləyin.
Şəxsi hesab
Şəxsi hesabın üstünlüklərindən yararlanmaq üçün daxil olmaq və ya qeydiyyatdan keçməyi tövsiyə edirik.