Evinizi təmizləyərkən ayaq altında dolaşan naqillərdən azad olmaq istəyirsiniz? O zaman sizi Delonghi brendinin təqdim etdiyi naqilsiz tozsoranı ilə yaxından tanış edək. Delonghi XLM407.WRG modeli 400 Vt gücə sahibdir. Bu da döşəmənizdəki ən xırda qırıntıların asanlıqla sovrulmasını təmin edir. Ən əsası isə istifadə zamanı yığılan toz ətrafınızda yayılmayacaq. Çünki tozsoran xırda toz dənəciklərini saxlaya bilən HEPA filtri ilə təchiz edilib. Keyfiyyətli və illər boyu xidmət edən tozsoran əldə etmək istəyirsinizsə seçiminizi bu modeldə dayandıra bilərsiniz.
Tozsoran çox yüngül və yığcamdır - təmizlik zamanı yorulmayacaqsınız. Komplektasiyaya daxil turbo, ara, döşəmə və xalça başlıqlarını birbaşa cihaza taxıb onu əl tozsoranı kimi istifadə edə bilərsiniz. Batareyanın enerjisi 30 dəqiqə fasiləsiz iş üçün kifayətdir. Onun enerjisi hətta avtomobilinizin salonunu detallı təmizləmək üçün kifayət edir.
Delonghi XLM407.WRG quru təmizlik üçün nəzərdə tutulub. Toz qabının həcmi 0.5 litrdir. Bu isə cihazdan bir neçə dəfə istifadə etmək üçün imkan yaradır. Qurğunun təmizlənməsi də çox rahatdır. Konteyneri tullantılardan boşaldın. Dana sonra onu su altında yaxalayıb qurudun və Delonghi XLM407.WRG yenidən istifadə üçün hazırdır.