Kenwood HMP30.WH mikser 5 sürət rejimi sayəsində ərzaqlarınızı sürətli çırpa, duru və qatı xəmirlər hazırlaya bilir. Bərk inqrediyentlərin qarışdırılması üçün impuls rejimi var.
Mətbəx texnikasında daha çox sadəliyə üstünlük verirsinizsə Kenwood HMP30.WH əl mikseri sizin üçündür. Qurğunun gövdəsi klassik ağ rəngdədir. Plastik korpus asan təmizlənir. Komplektasiyaya çırpıcı və qarışdırıcı başlıqlar daxildir. Yüngül çəkisi və rahat qulpu sayəsində şirniyyat üçün kremləri çırpanda mikseri əlinizdə saxlamaqdan əziyyət çəkməyəcəksiniz.
450 Vt gücə sahib mühərrik mikseri 5 sürət rejimi ilə təmin edir. Bərk inqrediyentlərin qarışdırılması üçün impuls rejimindən istifadə edin. Beze hazırlamaq istəsəniz Turbo rejimi ilə bir neçə dəqiqəyə qatı çırpılmış yumurta ağı əldə edəcəksiniz. Xəmir hazırlamaq lazım olsa başlığı qarışdırıcı ilə əvəz edin. Bunun üçün mikserin qulpunda yerləşən düyməni basın və başlıqlar yuvadan avtomatik çıxacaq. Görünüşü kimi mikserin istifadəsi də çox sadədir.
Beləliklə, Kenwood HMP30.WH modeli gündəlik istifadə üçün mükəmməl seçim olacaq. Cihaz hər zaman istifadə üçün hazırdır. Onu təmiz saxlamaq üçün başlıqları çıxardıb sabunlu suda yumaq kifayətdir. Mikser Kontakt Home filiallarında təqdim edilib. Mağazaya gəlmək istəmirsinizsə Kenwood HMP30.WH modelini onlayn almaq olar. Ən əsası isə qiymətə çatdırılma daxildir.