- You're currently reading page 1
- Page 2
- Page 3
- Page Axtar
Termoslar sayəsində içkiləriniz istədiyiniz temperaturda.
Termoslar sayəsində içkiləri istənilən temperaturda uzun müddət saxlamaq mümkündür. Onlar adətən plastik, şüşə, keramika və ya paslanmaz polad kimi müxtəlif materiallardan hazırlanır. Müxtəlif ölçü və formalarda olan termoslar qış aylarında içkiləri isti, yay aylarında sərin saxlamaq üçün istifadə olunur. Gündəlik olaraq gəzintiyə çıxdıqda, idmana getdikdə, səyahət etdikdə içkinizi yanınızda daşıya bilərsiniz. 200 ml-dən başlayaraq 1 lt ölçüyə malik termoslar vardır. Mükəmməl dizayna sahib olan termosların əsas iş prinsipi içərisindəki mayeni əhatə edən bir vakuum sahəsi yaratmaqla istilik ötürülməsini minimuma endirməkdir. Onların daxili hissəsi ikiqat divardan ibarət olur və bu boşluq mayenin temperaturunun xarici mühitə keçməsinin qarşısını alır. Bundan əlavə paslanmayan poladdan hazırlanan termoslarda paslanma kimi xoşagəlməz hallar yaşanmır, içki uzun müddət eyni temperaturda qalır. Düşərgədə, gəzintidə və ya uzun səfərlərdə əvəzolunmaz dostunuz olacaq termos seçimini Kontakt.az-dan edə bilərsiniz.