HOFFMANN SIAC-18/HR kondisioneri 50-60 m² sahəli otağı qısa zamanda soyuda və isidə bilən gücə sahibdir. Daxili və xarici blokun olması iqlim sistemini həm ev, həm də ofis sahələri üçün uyğun edir. Xarici blok sayəsində kondisioner çox sakit işləyir. Artıq səs-küy sizi işinizdən ayırmayacaq.
Cihaz B enerjiistifadə sinfinə aiddir – elektrik enerjisini olduqca qənaətli sərf edir. Qiymət və keyfiyyət baxımından çox əlverişli göstəricilərə malikdir.
Split sisteminin əsas iş rejimləri havanın soyudulması və isidilməsidir. Lakin, onun bir neçə əlavə funksiyaları var.
Havalandırma funksiyası - künclərdə yığılmış soyuq və ya isti havanın otaqda bərabər paylanması üçün istifadə edilir.
Qurudulma funksiyası - optimal rütubət səviyyəsi yaratmaq və kif əmələ gəlməsinin qarşısını almaq üçün çox faydalıdır.
Taymer funksiyası – gününüzə əsaslanaraq iqlim sisteminin işə salınma və sönmə rejimini təyin edir. Misalçün, işdən evə qayıtmazdan yarım saat və ya bir saat əvvəl kondisioneri işə sala bilərsiniz.
Bu model üçün R410A soyuducu maye istifadə olunub. Soyuducu mayelər arasında ən effektiv, çox istifadə edilənlərdəndir və sağlamlıq üçün təhlükəsizdir.
HOFFMANN SIAC-18/HR kondisioneri almağı düşünürsünüzsə, sizə yaxın olan Kontakt Home filialına müraciət edə bilərsiniz - seçiminizdə sizə kömək etməkdən həmişə məmnun olarıq. Ya da evdən çıxmadan ünvana çatdırılma ilə onlayn sifariş verə bilərsiniz. Nəzərinizə çatdıraq ki, bütün HOFFMANN məhsullarına zəmanət verilir.