Premium görünüşlü iPhone 13 mükəmməl mavi rəngdə təqdim edilib. Super Retina XDR displey istənilən kontentin rahat oxunmasını təmin edir. Yenilənmiş kamerarla parlaq şəkillər yaradın.
Təkmilləşdirilmiş kameralar, möhkəm korpus, sürətli A15 Bionic çipi və tutumlu batareya. Bütün bunlar yeni iPhone 13 128 GB smartfonunda birləşir. Funksionallığı sayəsində smartfon həm şəxsi, həm iş tapşırıqlarının yerinə yetirilməsində yüksək performans təqdim edir.
Dizayn və Displey
iPhone 13 Blue modeli mavi rəng sevənlərin seçimidir. Möhkəm şüşədən hazırlanan panelləri alüminium çərçivə birləşdirir. Smartfon əldə rahat yerləşir, yüngül çəkisi sayəsində istifadə zamanı yorulmayacaqsınız. Ceramic Shield materialından hazırlanan ekranın üst hissəsində üz tanımanın işini təmin edən TrueDepth kamerası yerləşdirilib. OLED displey 6.1 düymlüdür və parlaq görüntüyə sahibdir. Smartfonun gövdəsi su və toz keçirmir. Arxa paneldə 2 ədəd diaqonal yerləşdirilən kameralar və fləş mövcuddur.
Məhsuldarlıq və Avtonomluq
A15 Bionic çipi ilə Apple öz smartfonunun imkanlarını bir neçə dəfə artırıb. iPhone 13 məlumatı və qrafikanı 50%-dək daha sürətli emal edə bilir. İstənilən oyun smartfonda çevik işə salınır. Dinamik səhnələrdə belə yüksək detallıqla təmin ediləcəksiniz. Prosessor bütün sistem proseslərini optimallaşdırıb. Nəticədə, çətin tapşırıqları yerinə yetirəndə belə batareyanın enerjisi qənaətli sərf edilir. Smartfonun enerjisi 1 gün intensiv istifadə üçün kifayət edir. Sözügedən model 128 GB daxili yaddaşla təchiz edilib. Bu da istənilən məlumatın əlinizin altında saxlanılması üçün imkan yaradır.
Kameralar
Apple kameralarını böyüdüb optik stabilləşmə ilə hərəkət edən matrisin işini daha sürətli edib. Yeni kameralar daha çox işıq və detallar tuta bilir. 12 meqapikselli geniş və ultra geniş kameraları ilə vəziyyətdən asılı olmayaraq bənzərsiz fotoşəkillər yaradacaqsınız.
iPhone 13 kameraları ilə kinoda istifadə edilən effektləri videolarınızda tətbiq etmək mümkündür. Bu məsələdə "Kinoeffekt" rejimi sizin ən yaxın köməkçiniz olacaq. Sözügedən rejim vasitəsilə arxa fona bulanıq effekti tətbiq edilir. Daha sonra kamera avtomatik olaraq fokusu bir obyektdən digər obyektə köçürür. Daha çox detallar əks etmək üçün "Deep Fusion" texnologiyasını işə salın. "Gecə" rejimi sayəsində zəif işıq şəraitində belə aydın və dəqiq kadrlar əldə etmək olar. Ön paneldə yerləşdirilən TrueDepth kamerası mövcud rejimləri dəstəkləyir. Arxa paneldə olan blok kimi bu kamera yüksək keyfiyyətli foto və videolar yarada bilir.