iPhone 12 mini Blue 64 GB daxili yaddaşa malikdir. Smartfon cəmi 135 qram çəkisindədir. Məhsuldarlığa Apple A14 Bionic çipi cavabdehdir. Korpus IP68 qorunma dərəcəsinə malikdir.
Yığcam smartfonları sevirsinizsə iPhone 12 mini sizin üçündür. Balaca olmağına baxmayaraq daxilində böyük məhsuldarlıq və güclü parametrlər gizlədir. Peşəkar kamera sistemi, sürətli prosessor, günün sonunadək tükənməyən batareya bu modeldə birləşir.
Görünüş və Displey
Telefon möhtəşəm görünüşə sahibdir. Arxa panel bulanıq şüşədən hazırlanıb. Smartfonu zədələrə qarşı 4 qat daha davamlı etmək üçün Apple şirkəti ekrana nanokristalların əlavə edilməsi nəticəsində yeni Ceramic Shield materialını yaradıb. Beləliklə, ekran zərbələrdən etibarlı şəkildə qorunur. Korpus yüksək keyfiyyətli alüminiumdan hazırlanıb və mavi rəngdə təqdim edilib.
Apple iPhone 12 mini Super Retina XDR OLED displeyinə sahibdir, ekran həlli 1080 x 2340-dır. Nəticədə, parlaq və detallı görüntü əldə edilir. Ekranın üst hissəsində Face ID, İnfrared skanerlər və 12 meqapikselli True Depth kamerası yerləşdirilib. Displeyin çərçivəsi digər iPhone 12 modellərinə nisbətən daha nazikdir. Ekran ləkələnməyə qarşı oleofob örtük ilə örtülüb.
Gecə vaxtı üçün Night Shift rejimindən istifadə edin. Artıq bütün vacib işlərinizi günün istənilən vaxtı həll edə biləcəksiniz. Bundan başqa, displeyə ötürülən rənglərin balansını ətrafdakı mühitə uyğunlaşdıran True Tone rejimi mövcuddur. Bu da görüntünün daha təbii təsvir edilməsini təmin edir. Yüksək keyfiyyətli filmləri izləyə bilməyiniz üçün imkan yaradılıb. Dolby Vision formatında çəkilən videolar ekranda möhtəşəm təsvir edilir.
Prosessor və Avtonomluq
iPhone 12 mini Apple A14 Bionic prosessoru üzərində işləyir. Operativ yaddaş 4 GB təşkil edir. Bu da tətbiqlərin sürətli işləməsi üçün kifayətdir. 4 nüvəli qrafik prosessor istədiyiniz oyunları yüksək qrafikada oynaya bilməyiniz üçün imkan yaradır. Şəxsi informasiyanı saxlamaq üçün 64 GB daxili yaddaş ayrılıb. Telefon 5G və MagSafe texnologiyasını dəstəkləyir. MagSafe sayəsində telefon simsiz enerji toplayıcısına və Apple brendinin təqdim etdiyi aksessuarlara qoşula bilir.
Batareya tutumu 2227 mAh-dir. Smartfonun enerjisi gün ərzində istifadə etmək üçün yetərlidir. Telefon sürətli enerji yığmanı dəstəkləyir. 20 Vt adapter ilə 30 dəqiqə ərzində enerjini 0%-dan 50% qədər bərpa etmək olar. Ölçüləri və 135 qram çəkisi sayəsində telefon əldə rahat yerləşir.
Kameralar
Smartfonun arxa korpusunda kameraların yerləşdiyi blok var. iPhone 12-də olduğu kimi burada geniş bucaqlı və ultra geniş bucaqlı kameralar mövcuddur. Əsas kamera təkrarolunmaz şəkillər çəkir. İşıqlandırmadan asılı olmayaraq görüntü aydın və detallıdır. 12 meqapikselli 12 meqapikselli geniş bucaqlı, 12 meqapikselli ultra geniş bucaqlı kameralarla ideal kadrın yaradılması üçün daim hazır olacaqsınız. Əsas kameralar və True Depth modulu saniyədə 60 kadr sürəti ilə 4K videolar çəkə bilir. Əlavə olaraq çəkiliş zamanı arxa və ön kameralar arasında keçid etmək olar. Əlavə olaraq cihaz DolbyVision standartında video çəkir. Zəif işıq şəraitində smartfon daha keyfiyyətli kadrlar yarada bilir. “Gecə” rejimində isə kamera modulları istənilən vəziyyətdə detallı şəkillər çəkir.