Kataloq
Qiymət
Bir kliklə al

iPhone 12 64 GB Red

0 100
0.0
Hələ heç bir istifadəçi rəy yazmayıb
Mövcud deyil
SKU: TM-DG-SBP-1105-SM-0277
Цвет
Ucuzdan bahaya Bahadan ucuza
Память
От дешевых к дорогим От дорогих к дешевым
1.849,99 ₼
Hissəli alış kalkulyatoru
Şərtlər endirimsiz qiymətə tətbiq olunur
6 ay
9 ay
12 ay
15 ay
18 ay
Aylıq ödəniş ------
Təsvir
İstifadəçi rəyləri

iPhone 12 güclü Apple A14 Bionic çipinə, peşəkar kameralara, Ceramic Shield ilə cızıqlardan qorunan Super Retina XDR displeyə malikdir.

Apple brendi keyfiyyətli və premium görünüşlü smartfonları ilə seçilir. Parlaq gövdəyə malik smartfonları bəyənirsinizsə iPhone 12 Red sizin üçün ideal seçim olacaq.

Görünüş və Displey

iPhone 12 smartfonunun görünüşü iPhone 4 modelinə bənzəyir. Bu modelin pərəstişkarları yeni dizaynı yüksək qiymətləndirib. Görünüşü ilə yanaşı cihazın ölçüləri də yenilənib. Telefonun qalınlığı 7.4 mm qədər azalıb. Çərçivənin yastı olması sayəsində sərhədsiz displey vizual olaraq daha böyük görünür. Arxa və ön panellər şüşədən hazırlanıb. Lakin, yarana bilən cızıqlar barəsində narahat olmağa dəyməz – ekran innovativ Ceramic Shield örtüyü ilə qorunur. Bu materialın istehsalında şüşənin daxilinə keramikadan hazırlanan nanokristallar əlavə edilir. Nəticədə, displey 4 dəfə daha möhkəm olub.

6.1" düymlü Super Retina XDR displeyə malik iPhone 12 görüntünün keyfiyyəti ilə sizi heyran edəcək. Rənglər olduğu kimi ötürülür, artırılmış kontrast sayəsində isə hər bir kadr daha həcmli təsvir olunur. 12-ci iPhone filmlərin, HD formatında olan videoların izlənilməsi üçün idealdır. Maksimal parlaqlıq 1200 nit təşkil edir. Ətrafınızdakı işıqlandırmadan asılı olmayaraq bu displey istənilən kontenti yüksək keyfiyyətdə təsvir edir.

iPhone 12 sudan və tozdan qorxmur. Korpus IP68 qorunma dərəcəsinə malikdir. Smartfon suyun altında 6 metr dərinliyində 30 dəqiqə ərzində qala bilir. Beləliklə, yüksək keyfiyyətli materiallardan hazırlanan smartfon sizə uzun illər ərzində etibarlı şəkildə xidmət edəcək. Cihazda saxlanılan məlumatların təhlükəsizliyinə dəqiq işləyən FaceID funksiyası cavabdehdir.

Kamera Sistemi

Parlaq və detallı şəkillərin, 4K videoların yaradılması üçün Apple öz smartfonunu güclü kameralarla təchiz edib. Kamera bloku 2 moduldan ibarətdir. Yeni əlavə edilən Lidar skanerin köməkliyi ilə “Gecə” rejiminin keyfiyyəti artırılıb və bu rejimi smartfonun bütün kameraları dəstəkləyir. Axşam gəzintisi zamanı gözəl şəklin alınması çox vaxt almayacaq. Lidar sensorunun köməkliyi ilə kamera avtofokusu 6 dəfə daha sürətli yerinə yetirir.

Arxa paneldə 12 mpx geniş və ultra geniş bucaqlı kameralar yerləşir. Geniş bucaqlı modul 27% daha çox işıq tuta bilir. Zəif işıq şəraitində isə ultra geniş bucaqlı kameranın imkanları sizi heyran edəcək. Daha öncə qaranlıq alınan kadrlar aydınlığı və detallığı ilə seçilir. Ön paneldə yerləşdirilən TrueDepth kamerası ilə gecələri “Portret” rejimindən istifadə edə biləcəksiniz.

iPhone 12 Dolby Vision HDR standartında videolar yarada bilir. SDR kontentlə müqayisədə bu format rəngləri 8.5 dəfə daha həcmli təsvir edir. Nəticədə, Apple smartfonuna çəkilən videolarınız daha real və təbii alınacaq.

Məhsuldarlıq və Avtonomluq

Smartfonun geniş imkanları Apple A14 Bionic çipinə bağlıdır. A14 kamera blokunun keyfiyyətli foto və videoların yarada bilməsini təmin edir. Detallı və parlaq qrafiyaka malik oyunlar asanlıqla işə salınır və istifadə zamanı korpus isinmir. Enerjinin effektiv istifadə edilməsi sayəsində 2815 mAh həcmli batareyanın tutumu günün sonunda tükənməyəcək. Operativ yaddaş 4 GB təşkil edir. Daxili yaddaş 64 GB-dır. Smartfon iOS 14.1 üzərində işləyir. İnterfeysə vicetlər əlavə edilib – lazım olan məlumat daim əlinizin altındadır.

Öz rəyinizi bizimlə paylaşın
1
2
3
4
5
Rəy yaz
çatdırılma 0₼
Apple MagSafe Duo Charger MHXF3ZM/A
Apple MagSafe Duo Charger MHXF3ZM/A
349,99 ₼
çatdırılma 0₼
çatdırılma 0₼
Qulaqlıq Apple Airpods Max Space Gray MGYH3RU/A
Qulaqlıq Apple Airpods Max Space Gray MGYH3RU/A
1.699,99 ₼1.549,99 ₼ 0% 12 ay
çatdırılma 0₼
Apple AirTag 4 Pack / MX542RU/A
Apple AirTag 4 Pack / MX542RU/A
269,99 ₼
çatdırılma 0₼
Apple 20W Usb-C Power Adapter Mhj83Zm/A
Apple 20W Usb-C Power Adapter Mhj83Zm/A
------ ₼ 0% 12 ay
çatdırılma 0₼
Apple Magsafe Charger Mhxh3Zm/A
Apple Magsafe Charger Mhxh3Zm/A
109,99 ₼
çatdırılma 0₼
Apple Lightning Usb Cable 1M Mxly2
Apple Lightning Usb Cable 1M Mxly2
59,99 ₼48,99 ₼
çatdırılma 0₼
Apple Airtag 1 Pack / Mx532Ru/A
Apple Airtag 1 Pack / Mx532Ru/A
79,99 ₼
Qoruyucu örtük  iPhone 12/12 Pro Silicone  MagSafe Black
Qoruyucu örtük iPhone 12/12 Pro Silicone MagSafe Black
------ ₼
Qoruyucu örtük iPhone 12/12 Pro Silicone MagSafe Deep Navy
Qoruyucu örtük iPhone 12/12 Pro Silicone MagSafe Deep Navy
------ ₼ 0% 12 ay
çatdırılma 0₼
çatdırılma 0₼
Apple Wireless Charging Case for AirPods / MR8U2RU/A
Apple Wireless Charging Case for AirPods / MR8U2RU/A
------ ₼ 0% 12 ay
çatdırılma 0₼
çatdırılma 0₼
Qulaqlıq Apple Airpods Max Silver MGYJ3RU/A
Qulaqlıq Apple Airpods Max Silver MGYJ3RU/A
------ ₼ 0% 12 ay
çatdırılma 0₼
Qulaqlıq Apple Earpods Lightning MMTN2ZM/A
Qulaqlıq Apple Earpods Lightning MMTN2ZM/A
59,99 ₼49,99 ₼ 0% 12 ay
Video consulting
LifeChat consulting
Video consulting
Mobile consulting container 1

Hesab və ayarlar

Aylıq Ödəniş
Əlaqə:: *6060
Şifrənin sıfırlanması

Şifrəni sıfırlamaq üçün e-poçtunuzu daxil edin.

Xəta baş verdi. Bizimlə support@kontakt.az yazıb, əlaqə saxlamağınız xahiş olunur.
Şifrəni təyin etmək

Şifrə dəyişdirilib
Yeni şifrə ilə hesabınıza daxil ola bilərsiniz
Qeydiyyatdan keçmisiniz?
Qeydiyyatı tamamlamaq üçün sizin e-poçt ünvanına link göndərilib. Lütfən, e-ünvanızı təsdiqləyin.
E-mail göndərilib
Qeydiyyatı tamamlamaq üçün sizin e-poçt ünvanına link göndərilib. Lütfən, e-ünvanızı təsdiqləyin.
Şəxsi hesab
Şəxsi hesabın üstünlüklərindən yararlanmaq üçün daxil olmaq və ya qeydiyyatdan keçməyi tövsiyə edirik.