FUJIFILM brendinin Instax Mini 11 fotoaparatı Blush Pink rəngində mövcuddur. Korpus plastikdən hazırlanıb. Fotoaparat 90 saniyədə çəkilən şəkli çap edə bilir.
FUJIFILM brendinin yeni Instax Mini 11 fotoaparatını qarşılayın. Çəhrayı rəngdə təqdim edilən cihaz xanımların qəlbini fəth edib.
Görünüş
Instax Mini 11 Blush Ping modelinin korpusu möhkəm plastikdən hazırlanıb. Fotoaparatın gövdəsi daha yığcam olub. Nəticədə, onu bir əllə tutub istifadə edə və istənilən yerə özünüzlə çantada apara biləcəksiniz. Cihaz 2 ədəd 2 ədəd AA batareya üzərində işləyir. Korpusun ön tərəfində obyektiv, güc və çəkiliş düymələri, fləş, işıq sensorları, fləş indikatoru yerləşir. Yan hissədə batareya və katric üçün yer var.
Fləş və onun çəkilişə hazır olmasını bildirən indikator sayəsində zəif işıq şəraitində aydın şəkillər yarada biləcəksiniz. İşıqlandırmadan asılı olaraq fləşin intensivliyi dəyişir. Günün istənilən vaxtı parlaq şəkillər əldə etmək üçün Instax işıq sensorları ilə təchiz edilib.
Çəkiliş rejimləri
Instax vasitəsilə artıq selfi yaratmaq mümkün olub. Kompozisiyanı rahat görə bilməyiniz üçün obyektivin ön hissəsində güzgü yerləşdirilib. "Selfie" rejiminə keçmək üçün obyektivi "Selfie On" yazısına qədər önə çəkin. Bu rejim yaxın kadrların yaradılmasında çox faydalıdır. Fotoaparatı çəkiliş obyektinə 30-50 sm aralıqda tutub düyməyə basın və 90 saniyə ərzində dəqiq, detallı şəkil hazır olacaq. Fotoaparat güclü fləşlə təchiz edilib. Nəticədə, qaranlıq otaqda belə arxa fon işıqlandırılır.