Dərinizin hamarlılığını uzun müddət ərzində hiss etmək istəyirsiniz? Arzuolunmaz tüklərdən Braun PL3132 foto epilyatorun köməkliyi ilə azad olun. Adi epilyatorlardan fərqli olaraq bu cihaz vasitəsilə cəmi 3 ay ərzində dərinizdəki bütün gözəçarpan tüklər yox olacaq. Hər prosedurdan sonra yeni tüklər nazikləşir və daha gec çıxmağa başlayır. Uzun müddətli istifadə zamanı isə bir prosedurun effekti 7-9 ay davam edir.
Braun PL3132 iki epilyasiya rejiminə sahibdir: adi və qayğılı. Foto epilyatordan birinci dəfə istifadə edirsinizsə qayğılı rejimdən başlamağınız məsləhət olunur. Bu rejimdə flaş-lərin intensivliyi minimaldır, nəticədə dəriniz zədələnmir. Adi epilyator və ya ülgücdən istifadə edəndən sonra dəridə qızartılar əmələ gələ bilər. Bəzi hallarda isə tüklər dəriyə batır. Braun PL3132 ilə bütün bu problemlərdən azad olacaqsınız. Üstəlik prosedur tamamilə ağrısızdır!
Foto epilyatorun resursu 300 000 flaş təşkil edir. Bu isə 16 il ərzində mütəmadi istifadə deməkdir. Təhlükəsiz istifadəni təmin etmək üçün Braun Silk-expert 3 PL3132 modeli SensoAdapt sensoru ilə təchiz edilib. Sensor dərinizin tonunu müəyyənləşdirərək işıq impulslarının intensivliyini sizə uyğun olaraq optimallaşdırır. Nəticədə tüklər effektiv və təhlükəsiz şəkildə aradan qaldırılır.
Komplektasiyaya 2 ədəd başlıq daxildir. Böyük dəlikli başlığı ayaqlar və qollar üçün istifadə edin. Balaca başlıq üz, bikini, qoltuqaltı kimi yerlər üçün nəzərdə tutulub.