Gorenje İmc1200B buz hazırlayan maşını ilə qızmar yay günlərinizə sərinlik gətirin! Qara korpus lakonik görünüşə sahibdir. Yığcam ölçüləri sayəsində cihaz mətbəxinizdə minimum yer tutacaq. Yüngül çəkisi onu asanlıqla özünüzlə bağ evinə, hovuz party-lərinə aparmağa imkan yaradır. Sadə istifadəsi cihaz həm ev, həm ofis üçün uyğun edir.
Buz hazırlama prosesinə 9 dəqiqə sərf edilir. Bir dəfəyə sözügedən model 9 kub buz hazırla ya bilir. Gün ərzində Gorenje İmc1200B modeli 12 kq buz hazırlayır. Korpusun üst hissəsində idarəetmə paneli yerləşir. Panel vasitəsilə hazırlanan buzun ölçüsünü seçmək olar: böyük və ya kiçik kub. Əlavə olaraq paneldə su səviyyəsi və buz səbəti dolu indikatorları yerləşir. Beləliklə rezervuarda su qalmasa cihaz işini avtomatik olaraq dayandırıb indikator vasitəsilə sizi xəbərdar edəcək. Su rezervuarı 2.2 litr həcmindədir. 1 saat ərzində 50 kub buz hazırlamaq olar. Bu isə dostlarınızla əyləncə üçün kifayətdir. Sevdiyiniz sərinləşdirici içkilərinin reseptlərini artıq axtara bilərsiniz. Ləzzətli kokteyllər, meyvəli dondurmalar sizi gözləyir.
Asan istifadə edildiyi kimi Gorenje İmc1200B modeli rahat təmizlənir. Rezervuarda qalan artıq su xüsusi dəlikdən çıxarılır. Daha sonra cihazı təmiz quru əski ilə silməyiniz kifayətdir. Buz hazırlayan barəsində əlavə sualınız yaranarsa “Canlı video məsləhətçi” xidmətimizdən yararlanmağı unutmayın. Açılan pəncərədə mobil nömrənizi daxil edib əməkdaşımızın zəngini gözləyin. Mütəxəssisimiz video zəng vasitəsilə məhsulu nümayiş edib onun imkanları barəsində sizə ətraflı məlumat verəcək.