Ləzzətli yeməklərin hazırlanması Braun Mq535 blenderi ilə daha asan oldu! Yüngül çəkisi və rahat istifadəsi sayəsində Braun blenderi yemək hazırlama prosesini sürətləndirir. Cihaz 2 düymə vasitəsilə idarə edilir. Üst düymə ilə lazım olan sürəti təyin edin, alt düymə turbo rejimi işə salır. Blenderin başlığı və doğrayıcının bıçaqları paslanmayan poladdan hazırlanıb. Bu da cihazın uzun müddət ərzində xidmət etməsini təmin edir.
Blender vasitəsilə ləzzətli süd kokteylləri, krem şorbalar, souslar, körpələr üçün təravətli və sağlam qida hazırlamaq olar. Üstəlik hazırlama prosesində ətrafınız təmiz qalacaq. Xüsusi SplashControl dizaynlı başlıq istifadə zamanı ərzaqların və meyvə-tərəvəzlərin ətrafa sıçramasının qarşısını alır. Çırpıcı başlıq ilə desertlərin hazırlanmasında mükəmməl nəticə əldə edəcəksiniz. İstənilən şirniyyatı çırpılmış qaymaq və beze ilə bəzəyin. Səhər yeməyi zamanı ailə üzvlərinizi dadı damaqlarda qalan omletlərlə təəccübləndirin. Qonaqları ləzzətli tort ilə sevindirin. Biskvitin və kremin hazırlanmasına cəmi 1-2 dəqiqə vaxt sərf edəcəksiniz.
Komplektasiyaya daxil doğrayıcı inanılmaz funksionallıq təqdim edir. Qabın həcmi 500 ml-dir. Doğrayıcıda ət, bərk pendir növləri, qoz, fındıq, tərəvəzləri, göyərtini bir neçə saniyə ərzində doğramaq olar. Komplektasiyaya daxil 600 ml-lik fincan müxtəlif sousların və smuzilərin hazırlanmasını daha rahat edir. Braun Mq535 blenderi ilə asan istifadə, asan təmizlənmə deməkdir. Cihazın korpusu keyfiyyətli parlaq plastikdən hazırlanıb. Blenderi təmizləmək üçün korpusu nəm əski ilə silmək kifayətdir. Başlıqları qabyuyan maşında yumaq olar.
Braun Mq535 blenderinin funksiyaları ilə evinizdən çıxmadan daha ətraflı tanış ola bilərsiniz. “Canlı video məsləhətçi” düyməsinə basıb mobil nömrənizi daxil edin. Əməkdaşımız videozəng vasitəsilə məhsulu nümayiş edib bütün imkanları ilə sizi tanış edəcək.