Kontakt Home üzqırxan modelləri arasında imkanları ilə Braun 9390Cc modeli seçilir. Üzqırxan 5 qırxma elementlərindən ibarət başlığa sahibdir. Korpus suya davamlıdır.
Braun 9390Cc üzqırxanı özünə qulluq edən bəylər üçün ideal hədiyyə olacaq. Cihazın unikal təraş sistemi həssas dəri və gündəlik istifadə üçün nəzərdə tutulub. 5 qırxma elementlərindən ibarət başlıq bir hərəkətə daha çox tük tuta bilir. Beləliklə, ülgüclər üzünüzlə təmasda az olur və dəriniz qıcıqlandırılmır. Başlığın üst və alt hissəsində yerləşən 2 ədəd OptiFoil torları qısa tükləri asan qırxır. Titandan hazırlanan Lift & Cut trimmeri tükləri qaldırıb dibindən kəsir. Onun yanında yerləşən Direct & Cut trimmeri fərqli istiqamətdə böyüyən tüklər üçün nəzərdə tutulub. Skin Guard sistemi isə dərinizi yumşaldacaq.
Patentləşdirilmiş SyncroSonic texnologiyası tükləri saniyədə 160 dəfə skan edir və lazım olan hissələrdə üzqırxanın gücünü artırır. Başlıq 10 istiqamətdə hərəkət edə bilir. Nəticədə, Braun 9390Cc üz və boyun hissələrinin bütün relyeflərini təkrarlaya bilir. Təraş prosesini rahat idarə edə bilməyiniz üçün seçdiyiniz rejim və vacib bildirişlər LED displeydə əks ediləcək.
Braun üzqırxanlarının korpusu 100% suya davamlıdır. Başlığı təmiz saxlamaq üçün onu su altında yaxalayın. Cihaz həm quru, həm də nəm təraş üçün istifadə edilə bilər. Dərinizin nəmləndirilməsi üçün təraş zamanı köpük və ya geldən istifadə edin.
Baxım prosedurunu tamamlamaq üçün korpusun arxa hissəsində trimmer yerləşdirilib. Onun köməkliyi ilə saqqal, bığ və bakenbardların konturlarını səliqədə saxlaya biləcəksiniz. Batareyanın tutumu 1 saat istifadə üçün nəzərdə tutulub. Hər gün hamar dəri üçün Braun Series 9 üzqırxanından istifadə edin.