Delonghi EMF2.W süd köpükləndiricisi ilə sevdiyiniz südlü içkiləri asanlıqla hazırlayacaqsınız. Espresso, kapuçino, latte – arzu etdiyiniz qəhvə içkisinin dadından həzz almaq üçün kafeyə getmək lazım deyil. Süd köpükləndiricinin köməyi ilə özünüzü əsl barista hiss edəcəksiniz. Cihazın tutumu 250 ml-dir. Bu isə iki kiçik və ya 1 böyük fincan kapuçino hazırlamaq üçün kifayət edir. Korpusun alt hissəsində yerləşən güc düyməsinə basıb inanılmaz qatı köpük əldə edilir.
Korpusun materialı yüksək keyfiyyətli plastikdir. Klassik ağ rəngdə təqdim edilən cihaz digər mətbəx texnikası ilə mükəmməl uyğunlaşacaq. Şəffaf qapağı köpüyün hazırlanma prosesini izləməyiniz üçün imkan yaradır. Beləliklə, ağız dadınıza və hazırladığınız reseptə uyğun hündürlükdə köpük əldə etmək olar. Ən əsası isə hazırlama müddəti cəmi bir neçə dəqiqə vaxtınızı alacaq!