Espresso, qəhvə, kapuçino - sevdiyiniz qəhvə növünü bir barmaq toxunuşu ilə hazırlayın. LatteGo kapuçinatoru sizə ləzzəlti incə süd köpüklü qəhvə bəxş edəcək. O, cəmi 15 saniyə ərzində yerləşdirilir və təmizlənir.*
.
LatteGo kapuçinatoru qısa müddət ərzində zərif süd köpüyü hazırlayır
Zərif süd köpüklü qəhvədən zövq alın. LatteGo kapuçinatoru ilk növbədə südü yüksək sürətlə kasada çırpır. Daha sonra optimal temperatura malik zərif köpük birbaşa fincana verilir.
Dəyirmanın 12 üyütmə səviyyəsi dənələri zövqünüzə görə üyüdəcək
İncə və ya kobud üyütmə - lazım olan səviyyəni seçə bilməyiniz üçün bizim davamlı keramikadan hazırlanmış dəyirmanlarımız 12 rejimə malikdir.
Möhkəm keramika dəyirmanları ilə 20 000 ədəd ləzzətli qəhvə fincanı
Qəhvəüyüdənlərimizin dəyirmanları 100% möhkəm keramikadan hazırlanıb. Onların istismar müddəti 20 000 ədəd ətirli qəhvə fincanının hazırlanması üçün kifayət edir.
Cəmi iki elementdən ibarət borusuz LatteGo kapuçinatoru asan təmizlənir
Süd verilmə sistemimiz iki elementdən ibarətdir və daxilində boru və ya hər hansı bir gizli elementlər yoxdur. Onu cəmi 15 saniyə ərzində axar suda yumaq* və ya qabyuyan maşında təmizləmək olar.
İdeal temperatur dərəcəsi və müqavimət göstərə bilməyəcəyiniz ətir**
İntellektual rejimində Aroma Extract sistemi suyun temperaturunu 90 - 98 °C arası saxlayır və su səviyyəsinə nəzarət edir. Beləliklə, ləzzətli qəhvə fincanından zövq ala bilməyiniz üçün bişmə temperaturu və ətrin intensivliyi arasında optimal balans yaradılır.
Seçim etmək üçün üç ədəd mükəmməl qəhvə növü sizin ixtiyarınızdadır
İstənilən qəhvə növünü rahat hazırlayın. Gumrahlandırıcı espresso, klassik qəhvə və ya kapuçino - tamamilə avtomatik espresso qəhvəbişirənlə ideal qəhvəni asanlıqla bişirəcəksiniz.
AquaClean filtri ilə ərpsiz 5000-dək* mükəmməl qəhvə fincanı
Patentləşdirilmiş AquaClean su filtri avtomatik qəhvəbişirənin maksimal effektiv istifadəsinə zəmanət verir. Hər bildirişdən sonra filtri yenilədiyiniz zaman təmiz sudan istifadə edə və 5000-dək ləzzətli qəhvə fincanı hazırlamaq olar. Qəhvəbişirən maşınına AquaClean filtrini yerləşdirdiyiniz zamna ərpin təmizlənməsinə aid bildirişlər avtomatik söndürüləcək.
Rahat təmizləmə üçün tam çıxarılan bişmə qrupu
Bişmə qrupu istənilən avtomatik qəhvəbişirən maşınının əsas elementidir və mütəmadi olaraq yuyulmalıdır. Çıxarılan bişmə qrupunu su şırnağı altında yaxalayıb təmizləmək olar.
Konteynerin qermetik quruluşu qəhvə dənələrinin təravətliliyini qoruyur
Qermetik konteyner qəhvə dənələrinin təravətliyini və ətrini qoruyub dəyirmanların işini daha sakit edir.
Detalların qabyuyan maşında asan təmizlənməsi
LatteGo kapuçinatoru (və ya klassik kapuçinatoru), damcı üçün altlığı və qəhvə çöküntüsü üçün konteyneri qabyuyan maşında yumaq olar. Bu rahat həll yolu vaxtınıza qənaət edəcək.
Sadə sensorlu displeydə sevdiyiniz qəhvə növünü seçin
Bir toxunuşla təzə üyüdülmüş dənələrdən hazırlanan qəhvənin təkrarolunmaz ətri və dadı. Sadə sensorlu displeyimiz sevdiyiniz qəhvəni asanlıqla seçə bilməyiniz üçün imkan yaradır.
My Coffee Choice menyusu ilə ətrin intensivliyini və porsiyanın həcmini tənzimləyin
Qəhvənin tündlüyünü və həcmini My Coffee Choice menyusunda tənzimləyin. Üç mövcud seçimindən birini təyin edin.
8 dəyişəbilən filtrdan istifadə edərək qəhvəbişirənin göstəriciləri əsasında. Faktiki fincan sayı seçdiyiniz qəhvədən, yuma dövriyyəsindən və təmizləmədən asılıdır.
Almaniya alıcılarının iştirakilə bir düymə toxunuşu sayəsində içkiləri (qəhvə + süd) hazırlayan avtomatik espresso qəhvəbişirənlərin müqayisəsi əsasında keçirilən araşdırmalar; 2017 il